
İranın "Traktor" futbol klubu Azərbaycan təmsilçisi "Qarabağ"ı UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
BAKU.WS-in məlumatına görə, klub sosial şəbəkə hesabında yayımladığı paylaşımda belə yazıb:
"Traktor" olaraq "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirik! Uğurlar və daim zirvədə olun! YAŞASIN BÜTÜN AZƏRBAYCAN!"
Xatırladaq ki, "Qarabağ" tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.