
İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva ailə həyatı qurur. Atletimizin həyat yoldaşı Cənubi Afrika Respublikasından olan idmançı Thembo Monarenqdir.
AVESTA.AZ xəbər verir ki, bu barədə Lamiyə Vəliyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. Məlumata görə, toy mərasimi bu gün axşam Bakıda yerləşən restoranlardan birində baş tutacaq.
Xatırladaq ki, cütlük ötən ilin noyabrında rəsmi nikaha daxil olub. Lamiyə Vəliyeva Tokio-2020 Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb, Paris-2024-də isə bu uğuru təkrarlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.