
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməsi iddialarına münasibət bildirib.
"AVESTA.AZ"un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan baş naziri N.Paşinyanın noyabrın 10-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində qeyd edib.
“Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistanın, qonşularının sərhədlərini tanımayan bir ölkənin baş nazirinin Azərbaycanı Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır”, - Mətbuat xidməti idarəsinin rəisi qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.