Bu gün, 10:48 65

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Bu kateqoriyadan olan şəxslərə həmin dövrdə 7354 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 586 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər 7700-dən çox avtomobil verilib.

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 106 min şəxsə aylıq sosial ödəniş təyinatı üzrə 120 min xidmət göstərilib, 26 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

"Bizə bu Zəfəri yaşadan ölməz şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi sosial dəstək tədbirlərinin əsas istiqamətlərindən biridir. Belə ki, Qələbəmizdən ötən altı il ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 31 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması onlara yönələn sosial dəstək tədbirlərinin mühüm istiqamətini təşkil edir. Qeyd edilən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2527 şəxsə 110 min reabilitasiya vasitəsi verilib. O cümlədən, müharibədə əzalarını itirmiş 500 hərbçi 626 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsi və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması məqsədilə sosial-psixoloji dəstək tədbirləri də görülüb, reabilitasiya proqramları həyata keçirilib. Bu dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 118 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Nazirliyin reabilitasiya müəssisələrində peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlərin müsbət nəticəsi olaraq qazilərimizin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.

"Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən artıq 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir. Qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə də mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilir. Postmüharibə dövründə Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 40 nəfər şəhid ailə üzvü və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və onların övladları təlimlərə cəlb edilərək onların yaradıcılıq potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılıb. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə müharibə ilə əlaqədar əlilliyi olan 118 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 132 min şəxsi əhatə etməklə, həmin kateqoriyadan olan şəxslərə dəstək yönümlü 449 min xidmət göstərilib", - deyə sorğuya cavabda bildirilib.

Paylaş

Xəbər lenti

Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var Bu gün, 10:48 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar Bu gün, 10:48 Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq Bu gün, 10:48 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı Bu gün, 10:48 Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub Bu gün, 10:48 Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər Bu gün, 10:48 Polşada bu səbəbdən iki günlük matəm elan edildi Bu gün, 09:48 "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək Bu gün, 09:48 Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi Bu gün, 09:48 Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb Bu gün, 09:48 Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı Bu gün, 09:48 Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər Bu gün, 09:48 Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar Bu gün, 09:48 Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb Bu gün, 09:48 Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib Bu gün, 08:48 Şahbuzun dağ kəndlərinə qar yağır Bu gün, 08:48 XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir Bu gün, 08:48 Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 08:48 Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür Bu gün, 08:48 "Haber Global": 44 gündə yazılan dastan Bu gün, 00:48 Şuşanın azad olunmasından altı il ötür Bu gün, 00:48 Azərbaycanın Zəfər Günündən 6 il ötür Bu gün, 00:48 Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır Bu gün, 00:48 Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu Dünən, 23:48 Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər Dünən, 23:48 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub Dünən, 23:48 Yuxusuzluq arıqlamağa mane olurmuş… - Həkim açıqladı Dünən, 23:48 Polşada silahlı hücum: Ölənlərin sayı 5-ə çatdı Dünən, 22:48 Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib Dünən, 22:48 Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib Dünən, 22:48 Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub Dünən, 22:48 Türkiyədə TIR mikroavtobusla toqquşdu: 7 nəfər öldü Dünən, 22:48 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 21:48 Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib Dünən, 21:48 Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib Dünən, 21:48 Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib Dünən, 20:48 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir Dünən, 20:48 Azərbaycanlı məşqçilər 47-ci "Tennis Europe" Məşqçilər Konfransında iştirak ediblər! Dünən, 20:48 İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Dünən, 20:48 Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək? Dünən, 20:48 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Dünən, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Dünən, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Dünən, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Dünən, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Dünən, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR