
Futbol üzrə Qətər milli komandasının baş məşqçisi Feliks Sançes 2022-ci ildə keçiriləcək dünya çempionatı üçün 26 futbolçudan ibarət heyəti açıqlayıb.
"AVESTA.AZ" xəbər verir ki, 26 futbolçunun hamısı Qətər çempionatında çıxış edir, onların yarısı eyni klubun - "Əl-Sədd"in formasını geyinir.
Qeyd edək ki, turnirin ev sahibi qrupda Ekvador, Seneqal və Niderland yığmaları ilə mübarizə aparacaq. Dünya çempionatının açılış matçı noyabrın 20-də keçiriləcək - Qətər yığması Ekvador millisi ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.