
Bakıda ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz fəaliyyəti avtobus sürücülərinin işindən birbaşa asılıdır.
Səhər saatlarından etibarən sərnişinləri mənzil başına çatdıran sürücülərin əməkhaqqısı, iş qrafiki və istirahət imkanları isə daim maraq doğuran məsələlərdəndir.
Maraqlıdır ki, "BakuBus" MMC-də çalışan sürücülər nə qədər maaş alır və onların iş rejimi necə təşkil olunur?
AVESTA.AZ-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib ki, müəssisədə sürücülərin əmək fəaliyyəti Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil edilir:
"Sürücülər gündəlik 8 saatlıq iş rejimi ilə çalışır və həftədə iki gün istirahət edirlər. Hazırda sürücülərin aylıq əməkhaqqı (gross) 1350 manat təşkil edir".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.