
Salyanda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.
"AVESTA.AZ"un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Hüseynov Azad Seyfəddin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona kəllə-beyin travması, baş- beynin əziyi və bədənin müştərək travması diaqnozu qoyulub.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.