
Beyləqan rayonunda 25 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“AVESTA.AZ”un məlumatına görə, 1997-ci il təvəllüdlü İsmayılov Gülalı Zahir oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.