9-09-2025, 23:48 448

4 nəfərin öldüyü dəhşətli qəzada inanılmaz anlar - Ailələri onu bağışlasa da ...

Gəncə Ağır Cinayətlər Məhkəməsi Tərtər-Suqovuşan yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı cinayət işinə baxaraq qərar qəbul edib. Məhkəmə, sürücü İlkin Zülfüqarovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma, sürücülük hüququ olmadan törədilməsi) ilə təqsirli bilib və onu 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

AVESTA.AZ xəbər verir ki, qəza 2024-cü il noyabrın 30-da saat 18 radələrində Ağdərə rayonunun Çaylı kəndi ərazisində baş verib.

Zülfüqarov "Nissan Tiida" markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub: 80 km/saat sürət məhdudiyyəti olan yolda 120 km/saat sürətlə hərəkət edib, idarəetməni itirib və avtomobil dərəyə aşıb.

Nəticədə avtomobildə olan dörd sərnişin – Sərdar Alxanov, Asəf Kərimov, Mütəllib Həsənov və Samir Məmmədov – ağır bədən xəsarətləri alaraq yerindəcə həlak olub.

Ekspertiza rəyləri qəzada alkoqol və ya narkotik vasitələrdən istifadə edilmədiyini təsdiqləyib, lakin Zülfüqarovun Azərbaycanda sürücülük hüququnun olmaması (Rusiyada aldığı vəsiqəni vaxtında dəyişdirməməsi) cinayətin ağırlığını artırıb.

Məhkəmə istintaqı zamanı Zülfüqarov özünü tam təqsirli bilib və peşmanlığını ifadə edib. O, ifadəsində qəzanın bir iti yoldan keçirməmək üçün sükanı çəkdiyi zaman baş verdiyini, lakin sürətin yüksək olması səbəbindən idarəetməni itirdiyini bildirib.

Zülfüqarov həmçinin qəzadan sonra iki dəfə intihara cəhd etdiyini və mərhumların ailələri ilə barışdığını qeyd edib. Zərərçəkmişlərin hüquqi varisləri (ailə üzvləri) məhkəmədə şikayətlərini geri götürüb və barışıq əldə etdiklərini bildiriblər.

Məhkəmə hökmündə Zülfüqarovun iki azyaşlı övladının olması, peşmançılığı və barışıq faktı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilib. Lakin onun Rusiyada oğurluq cinayətinə görə əvvəllər məhkum olması (6 ay həbs) və qəzanın dörd nəfərin ölümünə səbəb olması cəzanın ağırlığını müəyyənləşdirib.

Paylaş

Xəbər lenti

Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49 Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb Bu gün, 13:49 Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb Bu gün, 13:48 Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub" Bu gün, 13:48 Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb Bu gün, 13:48 Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb Bu gün, 13:48 Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48 Migel Anxel Moratinos: "Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır" Bu gün, 12:48 Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir Bu gün, 12:48 Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər? Bu gün, 11:48 Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi Bu gün, 11:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü Bu gün, 11:48 Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq Bu gün, 11:48 İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA Bu gün, 11:48 Bu ərazidə yeni məktəb tikiləcək - 5,5 milyon manat ayrılır Bu gün, 11:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48 İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir Bu gün, 10:48 Prezident: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb Bu gün, 10:48 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı Bu gün, 09:48 Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı Bu gün, 09:48 Bəzi rayonlarda işıq olmayacaq Bu gün, 09:48 Dünyanın ən yaraşıqlı kişisi seçildi Bu gün, 09:48 "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq Bu gün, 09:48 Xırdalanda maşının təkəri lükə düşdü Bu gün, 09:48 Xalq artistinin oğlu Çində Ali təhsil alır Bu gün, 09:48 "Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR