
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.