
Məşhur türkiyəli aktyor Tamer Karadağlı özündən 30 yaş kiçik sevgilisi İraz Yıldızdan ayrılıb.
Karadağlı 1 ildir eşq yaşadığı pianoçu sevgilisi ilə fikir ayrılıqlarına görə münasibətlərinə son qoyub. Ayrılıq qərarından sonra cütlük birlikdə çəkdirdikləri fotoları instaqram hesabından silib və bir-birini izləmədən çıxarıblar.
Qeyd edək ki, Tamer Karadağlı özündən 30 yaş kiçik xanımla sevgili olduğu üçün izləyicilər tərəfindən tənqid olunmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.