27-09-2025, 10:48 347

Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ermənilər kəndimizə xüsusi təlimatla yerləşdirilirdi" adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Ağkənd kənd sakini Şəfiqə Cəfərovanın həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, uşaqlıq və məktəb illərinin maraqlı keçdiyini, ermənilərlə qarışıq yaşadıqlarını söyləyib:

"Kənd əvvəl böyük olub. Son dövrlərdə 20-25 azərbaycanlı ailə qalmışdı. Qonşu Tərətum kəndində sırf ermənilər yaşayırdı. Onlar gəlib Ağkəndə dolmuşdular. Ermənilər təlimatla kəndə yerləşdirilirdilər. Ermənilər kəndə gələndə bizimkilər top-tüfənglə qarşılamayıblar, öz yurdlarını, evlərini, çörəklərini veriblər. Azərbaycanlılarla yaşayan ermənilər bizim yaxşılıqlarımızı, mənəviyyatımızın yüksəkliyini, adət-ənənələrimizi mənimsəyirdilər və heç elə də çox aqressiv olmurdular. Amma sırf ermənilər yaşayan kəndlər dəhşət idi".

Onun sözlərinə görə, kənddən ilk kütləvi köç 1967-ci ildə başlayıb:

"O vaxt dayımın evini partlatdıqdan, sakin Həsən kişini öldürəndən sonra azərbaycanlıları sıxışdırmağa başladılar, vəzifədə olanları işdən çıxardılar. Rayonda Azərbaycan dilində çıxan qəzetin nəşrini dayandırdılar. Camaat köç edib. Bir müddət sonra yenidən qayıdıb. Babam erməni riyakarlığına, zülmünə, nankorluğuna dözməyib üç dəfə köç edib. Nəhayət, 1954-cü ildə kənddə dünyasını dəyişib".

Ağkənd sakini 1988-ci ildə kənddə çox az adamın qaldığını, ermənilərin partlayışlar törətdiklərini bildirib:

"Vaxtilə ermənilər camaatı dama doldurub, od vurub, qızılları əridib onların boğazına doldurublar. Hətta saqqallılar azərbaycanlılara kömək edən erməniləri güllələyirdilər. Məcbur qalıb köç edən insanlar mal-dövlətlərini qoyub, çox əziyyətlə dağları aşıb Şərura gəldilər. Atam və anam isə Qaxa, sonra Bakıya köçdülər".

Uşaqlıq xatirələrinin yaddaşdan silinmədiyini deyən Ş.Cəfərova deyib:

"Vətən həsrəti ürəyimizi parçalayır. Ağkəndə qayıtmaq arzusu ilə yaşayırıq. Ən böyük istəyimiz Vətənə qayıtmaqdır. İnanırıq ki, gedib oranı yenidən gəzəcəyik, daşları öpəcəyik. Bu, nəsibimiz olacaq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Bu gün, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Bu gün, 11:48 Murad Əhmədiyev və Sərxan Məmmədovdan dünya çempionatına inamlı start Bu gün, 11:48 Azərbaycanın bir sıra rayonlarına qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb Bu gün, 11:48 "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 11:48 Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək Bu gün, 10:48 Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb Bu gün, 10:48 "Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera Bu gün, 10:48 Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq Bu gün, 10:48 Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 18 il ötür Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb Bu gün, 09:49 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 09:48 Səssizcə həyatımıza girən təhlükə: Hər cavabın əvəzində nəyi itiririk? Bu gün, 09:48 Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı Bu gün, 09:48 "Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq Bu gün, 01:18 KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır Bu gün, 00:48 Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb Bu gün, 00:48 Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Dünən, 23:48 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Dünən, 23:48 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi Dünən, 23:48 CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Dünən, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Dünən, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Dünən, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Dünən, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Dünən, 22:48 Sumqayıtda su fontan vurdu Dünən, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Dünən, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Dünən, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Dünən, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Dünən, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Dünən, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Dünən, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Dünən, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Dünən, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Dünən, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Dünən, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Dünən, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Dünən, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Dünən, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Dünən, 18:48 57 yaşlı müğənni vəfat etdi Dünən, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Dünən, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR