
Hörmüz boğazında iri neft tankeri partlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) Hörmüz boğazından çıxarkən hücuma məruz qalıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Sentinel-2" peykinə aid olan görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında tünd rəng dəyişikliyi diqqət çəkib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.