
Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
AVESTA.AZ xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) finala yüksəlməyi bacarıblar.
Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) isə 1/4 final mərhələsində məğlub olublar.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.