
Azərbaycanda biznesə yönələn suyun 50%-i biznesə çatdıqda itkiyə gedir.
AVESTA.AZ xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev ADSEA ilə KOBİA-nın keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O, bildirib ki, Azərbaycan suya asılılığı olan ölkədir. Bu da ölkəmiz üçün böyük təhlükədir:
"Əkinçilikdə şirkətlərin böyük hissəsi KOB-lardır. Bu da bugünkü mövcud vəziyyətdir. Azərbaycanda su ehtiyyatı 26.2 milyard kubmetrdir. Bunun da 8.4 milyard kub metrini yeraltı sular, 4.6 milyardı çay suları təşkil edir. Bu da su ehtiyyatları baxımından ölkəmizin asılılığını göstərir".
Elnur Əliyevin sözlərinə görə, Azərbaycanda suvarılan ərazilər ümumilikdə 1.5 milyon hektardır. Bu da kənd təsərrüfatı torpaqlarının 1/3 hissəsidir. "Kənd təsərrüfatında innovativ suvarma sistemlərindən istifadə çox aşağıdır. Bizim əsas məqsədimiz innovativ suvarma sistemlərinin və texnologiyanın tətbiqini genişləndirməkdir".
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.