
Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer illər sonra etirafı ilə diqqət çəkib.
AVESTA.AZ xəbər verir ki, 2014–2022-ci illər arasında sənətçi ilə ailəli olan Sibel keçmiş həyatı və boşanma prosesi ilə bağlı danışıb.
O, həm ayrılıq səbəbinə, həm də keçmiş həyat yoldaşı ilə münasibətlərinin hazırkı vəziyyətinə aydınlıq gətirib.
"Bəli, biz yollarımızı ayırdıq, lakin valideynlik məsuliyyətimiz heç vaxt bitmədi. Övladlarımız bizim üçün çox dəyərlidir və onlar üçün hər zaman ortaq məxrəcə gəlirik. Birlikdə nahar edirik, tətilə çıxırıq və uşaqlarımız üçün gözəl xatirələr yaradırıq. Çünki buna məcburuq, onlar üçün yaxşı münasibətdə olmaq məcburiyyətindəyik."
Sibel ayrılıq qərarını özü verdiyini də açıqlayıb:
"Biz severək ayrıldıq və bu qərarı mən verdim. Zaman keçdikcə nikahlarda yorğunluq yaranır, bizdə də belə oldu. Yeddillik evlilik müddətində iki övladımız dünyaya gəldi və bütün diqqətimiz, qayğımız uşaqlara yönəldi. Hiss etmədən bir-birimizdən uzaqlaşdıq" -deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.