7-10-2025, 11:48 287

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Almaniyanın Constructor University və Azərbaycanın CELT Colleges qurumları paytaxt Bakıda Anlaşma Memorandumu imzalayıblar. Sənədə əsasən, tərəflər Constructor University proqramlarına qəbul olunmuş tələbələrin təhsili və fərdi inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıblar. Bu əməkdaşlıq tələbələrin beynəlxalq standartlara uyğun təhsil imkanlarına çıxışını genişləndirməyi və ikitərəfli akademik mühitin inkişafını hədəfləyir.

Razılaşmanın əsas məqsədi, Azərbaycanda Constructor University-nin dərəcə proqramlarına qəbul olmuş tələbələr üçün yerli akademik tədris və dəstək xidmətlərinin tətbiqini təmin etməkdir.

Belə ki, CELT Colleges bundan sonra Constructor University-nin Azərbaycandakı rəsmi filialı kimi fəaliyyət göstərəcək. Razılaşmaya əsasən, universitetin bakalavr dərəcəsi proqramlarının ilk iki ili Bakıda - CELT Colleges-də həyata keçiriləcək, sonuncu, yəni üçüncü il isə Almaniyanın Bremen şəhərində yerləşən Constructor University kampusunda davam etdiriləcək. Bu model sayəsində tələbələr təhsilin ilk mərhələsini yerli mühitdə, beynəlxalq standartlara uyğun şəkildə tamamlayacaq, ardınca isə Almaniyada təhsilini başa vuraraq beynəlxalq tanınan diplom əldə edəcəklər.

Bu təşəbbüs sayəsində tələbələr təkcə Almaniyadan dünya səviyyəli təhsil almaqla kifayətlənməyəcək, həm də CELT Colleges-in praktik, lokal və mentorluq yönümlü dəstəyi sayəsində öz akademik nailiyyətlərini daha da möhkəmləndirəcəklər.

Bu əməkdaşlıq Constructor University-nin yüksək imkanlarını CELT Colleges-in tələbə mentorluğu və tədris sahəsində 20 illik təcrübəsi ilə birləşdirir. Razılaşma çərçivəsində tələbələr fənn yönümlü xüsusi dərslərdən, eləcə də akademik bacarıqların inkişafına həsr olunmuş proqramlardan yararlanmaq imkanı əldə edəcəklər.

Sənədin imzalandığı tədbirdə media nümayəndələri, hər iki qurumun rəhbərliyi və əməkdaşları, həmçinin Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev iştirak edib. O, çıxışında bu təşəbbüsü yüksək qiymətləndirərək memorandumu iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin azərbaycanlı tələbələrin beynəlxalq təhsil və təcrübə qazanmasına mühüm töhfə kimi dəyərləndirib.

Constructor University-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti və icraçı direktoru professor Tomas Auf der Heyde universitetin ölkənin beynəlxalq əlaqələrdəki əhəmiyyətini vurğulayıb:

"Constructor University Azərbaycan və onun institutları ilə əlaqələrin möhkəmləndirilməsində böyük potensial görür" – deyə o bildirib.

"Azərbaycanlı tələbələr hazırda Bremen kampusundakı 2000 tələbə arasında dördüncü ən böyük beynəlxalq qrupu təşkil edir. Bu bazaya əsaslanaraq, biz artıq Azərbaycanda uzunmüddətli və birbaşa iştirakımızı gücləndirmək niyyətindəyik. CELT Colleges ilə yeni tərəfdaşlığımız bu istiqamətdə mühüm mərhələdir."

CELT Colleges-in baş direktoru Xəyyam Dəmirov əlavə edib ki:

"CELT Colleges olaraq, tələbələrə qlobal imkanlar təqdim etmək vizyonumuzu bölüşən dünya səviyyəli təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Bu əməkdaşlıq tələbələrimizə təhsilə Bakıda başlamaq və Almaniyadakı əsas kampusda problemsiz davam etməklə həm beynəlxalq təcrübə, həm də qlobal tanınan diplom qazanmaq imkanı yaradır. Birlikdə biz yerli mükəmməlliyi qlobal üfüqlərlə birləşdirən bir yol inşa edirik."

Constructor University haqqında

2001-ci ildə Almaniyanın Bremen şəhərində təsis olunan Constructor University (əvvəllər Jacobs University) xüsusi, ingilisdilli tədqiqat universitetidir və güclü beynəlxalq yönümlüdür. Universitetin müxtəlif ölkələrdən olan tələbə heyəti 130-dan çox milləti təmsil edir. Təhsil proqramlarında interdisiplinarlıq, erkən mərhələdə tədqiqatla məşğul olma və ali təhsildə rəqəmsal innovasiya ön plandadır. Constructor University bakalavr, magistr və doktorantura proqramları, həmçinin onlayn dərəcə proqramları təklif edir.

CELT Colleges haqqında

2001-ci ildə təsis olunan CELT Colleges Azərbaycanda aparıcı təhsil müəssisələrindən biridir. Tədris sahələrinə ingilis dili kursları, imtahana hazırlıq (IELTS, TOEFL, SAT, GRE, GMAT), universitetə qəbul konsultasiyası və akademik repetitorluq daxildir. Bakı və bölgələrdə filialları olan CELT tələbələrin beynəlxalq təhsilə hazırlıq və uğur qazanması istiqamətində güclü nüfuz qazanıb. Missiyası tələbələrə fərdi akademik dəstək göstərərək onların tam potensiallarını reallaşdırmalarına şərait yaratmaqdır.

Bundan əlavə, CELT Colleges-in iki ümumtəhsil məktəbi də fəaliyyət göstərir. Bunlardan biri Kanada-Azərbaycan məktəbi, digəri isə İngiltərə-Azərbaycan məktəbidir. Bu təhsil ocaqlarında təhsil beynəlxalq proqramlara əsaslanır və şagirdlərə qlobal düşüncə, dil bacarıqları və liderlik keyfiyyətləri qazandırmağı hədəfləyir.

Paylaş

Xəbər lenti

Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Bu gün, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Bu gün, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Bu gün, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Bu gün, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Bu gün, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Bu gün, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Bu gün, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Bu gün, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Bu gün, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Bu gün, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Bu gün, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Bu gün, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Bu gün, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR