
Bakı-Sumqayıt avtobusunda tüstülənmə baş verib.
Bu barədə görüntülər AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yanğın "Bakı Beynəlxalq Avtovağzal Kompleksi"nə dönən yolda qeydə alınıb.
Hadisə şahidinin sözlərinə görə, tüstülənmə avtobusun arxa hissəsindən başlayıb. Sərnişinlər dərhal avtobusu tərk ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.