Bu gün, 09:48 27

Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.

BAKU.WS xəbər verir ki, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.

Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.

Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci ildə Papa IV Sikstus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar, inkunabullar (XV əsrə aid kitablar), xəritələr, qravürlər və yazılı sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi araşdırmaları üçün açıqdır.

Vatikan Apostol Arxivi Müqəddəs Taxt-Tacın əsrlər boyu topladığı rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə cəmləşdirir. Uzun illər "Gizli Vatikan Arxivi" kimi tanınan bu məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək Vatikan Apostol Arxivi adlandırılıb.

Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan Apostol Arxivində IX əsrdən günümüzədək olan dövrə aid sənədlər toplanıb. Bu arxiv Katolik Kilsəsinin yaddaşı hesab olunur. Onun funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik münasibətlərinin gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir. Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt tərəfindən idarə olunur.

Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.

Paylaş

Xəbər lenti

Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik Bu gün, 17:48 ANAMA sədrinə yeni I müavin təyin olunub Bu gün, 17:48 "TikTok"da canlı yayım açdı, söyüş söyən həmkəndlisini çayxanada döydü Bu gün, 16:48 Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib Bu gün, 16:48 Qızıl altı min dollara qədər bahalaşa bilər Bu gün, 16:48 Bakıda gənc iş adamı idman zalında qəfildən öldü Bu gün, 15:48 Cemal Hünal: "O aktyorla eyni filmə çəkilmərəm!" Bu gün, 15:48 Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi Bu gün, 15:48 Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xalq artistinin oğlu: "Aygün xalanı anam qədər sevirəm" Bu gün, 14:48 20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı Bu gün, 14:48 Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR Bu gün, 14:48 Pərvin Abıyeva ad günündə mahnı oxudu, DJ-lik etdi Bu gün, 14:48 Şagirdlər yeməyi çöldə yerdə yeməyə məcbur oldular Bu gün, 14:48 Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək Bu gün, 13:48 Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi Bu gün, 13:48 Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib Bu gün, 13:48 Xaçmaz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə pedaqoji kollektivlə görüş keçirilib Bu gün, 13:48 "Neftçi" Abubakarı transfer etdi - RƏSMİ Bu gün, 13:48 Bakıda inşa olunan yeni yol belə olacaq Bu gün, 12:48 İlham Əliyev: "Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir" Bu gün, 12:48 Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi Bu gün, 12:48 İran hərbi gəmiləri Bakı limanını tərk etdi Bu gün, 12:48 Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb Bu gün, 12:48 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar Bu gün, 12:48 Sabah 24 dərəcə isti olacaq - Proqnoz Bu gün, 12:48 Prezident: Azərbaycan və Qazaxıstan arasında sualtı kabelin tikintisi 2026-cı ilin sonunadək başa çatacaq Bu gün, 11:48 Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan və Qazaxıstan çoxşaxəli formatda səmərəli əməkdaşlıq edir Bu gün, 11:48 PSJ Lamine Yamal üçün futbol tarixinin ən böyük təklifini verməyə hazırlaşır Bu gün, 11:48 Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb Bu gün, 11:48 Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir Bu gün, 11:48 Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb Bu gün, 11:48 Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb Bu gün, 11:48 Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv olundu Bu gün, 11:48 Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib Bu gün, 11:48 Vatikan və İtaliya mətbuatı Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb Bu gün, 10:48 Bu rayonun bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kainatın pis gözdən və şər qüvvələrdən qoruduğu yeganə BÜRC Bu gün, 10:48 Pensiya yaşı nə vaxt dəyişdiriləcək? Bu gün, 10:48 Bu gün səfərə çıxan sürücülərə VACİB XƏBƏR Bu gün, 10:48 Qanında narkotik maddə aşkarlanan Dilan Polat ağlayaraq etiraz etdi Bu gün, 10:48 Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır! Bu gün, 09:48 Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib Bu gün, 09:48 Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır" Bu gün, 09:48 Mikayıl Cabbarov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR