
Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsinin çox vacib irəliləyiş olduğunu bildirib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o, tarixi inkişaflara diqqət yetirməyin labüd olduğunu söyləyib:
"Hesab edirəm ki, bu, həm də burada özünü göstərir: bir il əvvəl belə bir şeyi görmədik – Ermənistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etmirdi. İndi isə bunu edir və bu, çox vacib bir irəliləyişdir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.