
Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkisonrası bildirib.
“Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”, - Prezident bildirib.
Kasım-Jomart Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını açıqlayıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.
Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır: “Ona görə də hamınızı birliyə səsləyirəm”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.