
Türkiyənin Antalya şəhərində 4 işçinin ölümü ilə nəticələnən burulğanın yeni görüntüləri üzə çıxıb. Güclü burulğanın əvvəlcə müşahidə terrasına, daha sonra tikinti sahəsinə zərbə vurduğu məlum olub.
AVESTA.AZ xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Kepez Bələdiyyəsinə məxsus müşahidə terrasındakı masa, stul, çətir və zibil konteynerləri burulğanın təsiri ilə havaya sovrulub.
Daha sonra Fevzi Çakmak məhəlləsindəki tikinti sahəsində fəhlələrin qaldığı iki konteyner aşıb. Nəticədə iki işçi hadisə yerində, daha iki nəfər isə xəstəxanada həyatını itirib.
Hadisə zamanı yaralanan daha bir işçinin müalicəsi davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.