
Bu ilin yanvar-avqust aylarında "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,1 ABŞ dolları təşkil edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu, Azərbaycanın cari il üçün dövlət büdcəsində nəzərdə tutulan göstəricidən (1 barel 70 ABŞ dolları) 4,4 % çoxdur.
Cari ildə "Azeri Light" markalı neftin ən yüksək qiyməti yanvarda (bir barel üçün 81,3 ABŞ dolları), ən aşağı qiyməti isə mayda (66,3 ABŞ dolları) qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ildə "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiyməti təxminən 84 ABŞ dolları təşkil edib.
Azərbaycan hökuməti 2026-cı il üçün "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiymətini 65 ABŞ dolları səviyyəsində götürür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.