
Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə məlumat daxil olub.
İddialara görə, görüntülər Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alınıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan AVESTA.AZ-ə bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.