
Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha beş nəfər saxlanılıb.
AVESTA.AZ xəbər verir ki, Paris prokurorluğunun yaydığı məlumata əsasən, oğurluğu edən bu 5 nəfərdən biridir və uzun müddətdir onun izini aşkar etməyə çalışırlar.
Hadisəyə görə daha 5 nəfər saxlanılsa da, hələlik oğurlanan qızıllar ortada yoxdur.
Bundan əvvəl isə hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılmışdı.
Xatırladaq ki, oğurluq hadisəsi oktyabrın 19-da yaşanıb.
Naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar.
Həmin əşyaların ümumi dəyəri 102 milyon dollar təşkil edir.
Qeyd edək ki, Luvr muzeyində ümumilikdə 35 000 əsər nümayiş olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.