3-11-2025, 22:48 383

Məşqdən sonra böyrəkdə yaranan ağrının təhlükəli səbəbi AÇIQLANDI

Velosiped sürməkdən və ya məşqdən sonra sol böyrəkdə hiss olunan ağrı çox vaxt əzələlərlə əlaqələndirilir, lakin bəzən səbəb daha ciddi olur.

AVESTA.AZ-in məlumatına görə, Skandinaviya Sağlamlıq Mərkəzinin cərrahı Dmitri Monaxov bildirib ki, qabırğaaltı nahiyəyə azacıq zərbə belə dalağın gizli zədələnməsi ilə nəticələnə bilər və bu səbəbdən müayinəni gecikdirmək olmaz.

"Velosipeddən yıxılma və ya idman zalında toqquşma zamanı sərt alət və ya trenajorun hissəsi sol böyrəklə təmasda olur və qabırğaaltı nahiyəyə birbaşa zərbə dəyir. Bu, sükan, ştanqanın ucu, trenajorun kənarı və ya dayağı ola bilər. Dalaq 9–11-ci qabırğalar arasında yerləşir və güclü sıxılma zamanı predmetlə qabırğa-omurğa karkası arasında qalır", – deyə o izah edib.

Zərbə nəticəsində dalağın kapsulu (orqanın xarici qişası) və ya damarları zədələnir, hematoma və daxili qanaxma formalaşır. Bu zədə dərhal deyil, zamanla inkişaf edə bilər: velosipedin qəfil dayanması, uğursuz hərəkət və ya yıxılma zamanı toxumalar sürüşür və qanaxma tədricən artır, simptomlar isə bir qədər sonra üzə çıxır.

"İlkin müayinələr - baxış, ultrasəs və ya kontrastsız rentgen çox vaxt patologiyanı göstərmir. Qan orqanın qişası altında toplanır, azad maye görünmədiyi üçün nəticələr normal görünə bilər. Damar divarının zədələnməsi (məsələn, psevdanevrizma) və ya mikroçatlar isə 12–24 saatdan sonra üzə çıxır. Stabil vəziyyətdə olan pasiyentlər üçün qarın boşluğunun kontrastlı KT-si (kompüter tomoqrafiyası) diaqnostikanın "qızıl standartı" sayılır. Bu üsul kiçik zədələri belə aşkar etməyə imkan verir", - deyə Monaxov bildirib.

Məşqdən sonra böyrəkdə yaranan ağrının təhlükəli səbəbi AÇIQLANDI

Diqqət yetirilməli təhlükəli əlamətlər bunlardır: Sol qabırğaaltı nahiyədə artan ağrı, halsızlıq, başgicəllənmə, solğunluq, soyuq tər, ürəkbulanma və nəbzin sürətlənməsi.

"Xarakterik əlamət – sol çiyində ağrıdır. Bu, diafraqmanın qanla qıcıqlanması nəticəsində yaranır (Kerin əlaməti – diafraqma altında qan toplananda çiyinə vuran ağrı). Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır", – deyə həkim xəbərdarlıq edib.

Ağrının artması, huşun itməsi, qusma, təzyiqin düşməsi, nəbzin artması, dəridə mərmər rəng və ya nəfəs alarkən sol çiyində ağrı hallarında hospitalizasiya tələb olunur. Xüsusilə, qan durulaşdırıcı və ya trombositlərin yığılmasını əngəlləyən dərman qəbul edənlərdə bu, daha təhlükəlidir, çünki hətta yüngül zərbə belə güclü qanaxmaya səbəb ola bilər.

"Dalaq zədəsindən şübhə olduqda həkimlər hemodinamikanı (qan dövranının sabitliyini) qiymətləndirirlər. Əgər vəziyyət stabildirsə, kontrastlı KT aparılır. Əgər göstəricilər qeyri-sabitdirsə, təcili ultrasəs müayinəsi və dərhal müdaxilə edilir", – deyə ekspert əlavə edib.

Yüngül zədələrdə yumşaq müalicə - müşahidə, analizlərin və vəziyyətin dinamik nəzarəti tətbiq olunur. KT zamanı aktiv qanaxma aşkarlanarsa, angioembolizasiya (damarın tıxanaraq qanaxmanın qarşısının alınması üçün az invaziv əməliyyat) aparılır. Bu, orqanın qorunmasına və açıq əməliyyatdan yayınmağa imkan verir.

Əgər güclü qan itkisi, qarın pərdəsinin iltihabı (peritonit) əlamətləri və ya konservativ müalicənin effektsizliyi müşahidə olunarsa, cərrahi əməliyyat qaçılmaz olur. Dalaq çıxarıldıqdan sonra xəstəyə pnevmokok və meninqokok kimi kapsullu bakteriyalara qarşı peyvənd vurulur.

Məşqdən sonra böyrəkdə yaranan ağrının təhlükəli səbəbi AÇIQLANDI

Həkimin sözlərinə görə, risk qrupuna qan durulaşdırıcı dərman qəbul edənlər, yaşlılar və infeksiyadan sonra dalağı böyümüş şəxslər daxildir. Qarnın bir neçə nahiyəsində zədə olan pasiyentlərdə hospitalizasiya və təkrar müayinələr daha çox tətbiq olunur. Yüngül zədələrin sağalma müddəti bir neçə həftə, ağır hallarda isə bir neçə ay çəkə bilər. Əməliyyat və ya embolizasiyadan sonra reabilitasiya dövrü daha uzun olur, lakin vaxtında müdaxilə edilərsə, nəticə adətən müsbət olur.

"Velosipeddə bədəni qorumaq, düzgün oturuş və sükanı möhkəm saxlamaq vacibdir. Tormozlama zamanı çəkini arxaya verin və əvvəlcədən sürəti azaldın. Sükanda sərt predmetlər saxlamayın, ucların qoruyucu qapaqlarına diqqət edin və maneələrdən məsafə saxlayın. Zalda işləyərkən ştanqa ilə ehtiyatlı olun, diskləri bağlayın, dəstəksiz vəziyyətdə ştanqanı qarın üzərindən keçirməyin və trenajorların çıxıntılı hissələrindən aralı durun. Telefon və açarları ön cibinizdə saxlamayın ki, sol böyrək nahiyəsinə zərbə riski azal­sın", – deyə Monaxov yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR