25-11-2022, 12:51 592

İranın gülünc “qırmızı xətti” –  zülmkar sasani babalarına oxşayan Tehran - ŞƏRH

İrandakı hakimiyyət iddia edildiyi, təqdim olunduğu qədər müdrik, uzaqgörən deyilmiş.

Bəzilər onu dünya ictimaiyyətinə 2 500 illik dövlətçilik ənənəsi olan sasanilərin davamçısı kimi sırımağa çalışsa da, hadisələr sübut edir ki, bu, təhrifdir. Reallıqla heç bir əlaqəsi yoxdur. Bu, Rüstəm Zalın yenilməz bahadır kimi təqdimatına oxşayır.

Heç sasanilərin rəhbərləri, hətta illər uzunu ədalət rəmzi kimi təqdim olunan Ənuşirəvan da ədalətli və müdrik olmayıb. Bu imperiya müdrik və uzaqgörən olmadığına, zülmkarlığına görə Ömər ibn Xəttabın ordusuna məğlub olub.

İndi islam dini və şiəlik pərdəsi altında gizlənən Tehran hakimiyyəti də öz babalarının davamçısıdır. İran mərkəzli fars düşüncə sisteminin, türkdən düşmən obrazı yaradan “Şahnamə”nin müəllifi Əbülqasim Firdövsinin davamçısı olan bu rejim sasaninin zülmkar hökmdarlarından yaxşılığa doğru bir addım da olsun irəliləməyib...

Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində Tehran hakimiyyəti babalarından qalan, Firdövsi ruhunda tərbiyənin bütün özəlliklərini göstərib. Azərbaycan torpaqlarını Ermənistan və havadarlarını işğalından təmizləyəndən sonra onların regiona yönəlik siyasətinin dəyişəcəyi, daha çox əməkdaşlıq edəcəkləri, Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranmasında maraqlı olacaqları gözlənilirdi. Ancaq heç nə dəyişmədi. 2 500 illik kin, hikkə, türk düşmənliyi bu gündə davam edir.

Bu rejim Azərbaycan torpaqları işğal altında olanda Ermənistana yardımlar etməklə yanaşı, onun silahlanmasında fəallıq göstərib. Habelə işğal edilmiş ərazilərdəki azərbaycanlıların yaşayış evlərinin, sosial binaların, o cümlədən məktəb, xəstəxana, tarixi-mədəni abidlərin, məscidlərin dağıdılmasında, talanında ermənilərlə əlbir olub.

Torpaqların azad edilməsindən ötən iki il ərzində də rəsmi Tehran Azərbaycana qarşı qərəzli, riyakar mövqeyini dəyişməyib.

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik” kimi açıqlaması ilə Tehran hakimiyyətinin içüzünü bir daha göstərib.

Heç kimə sirr deyil ki, İran Ermənistanla Azərbaycan arasında həmişə fərq qoyub. Əks halda 44 günlük müharibə dövründə işğalçının silah və hərbi texnika ilə təmin edilməsində aparıcı rollardan birini oynamazdı.

Otuz il müsəlman torpaqlarının işğalına göz yuman İrandakı teokratik hakimiyyət Vətən müharibəsində Azəbaycanın qələbəsindən sonra Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışır, sərhədlərin dəyişdirilməsinin onun üçün “qırmızı xətt” olduğunu qabardır, Zəngəzur dəhlizi məsələsində Azərbaycanı hədələyir.

O zaman sual olunur: İran hakimiyyəti o “qrımızı xətti” niyə iki ildir elan edir? Suverenlik və ərazi bütövlüyü İran üçün həqiqətən də qırmızı xətdirsə, onda İran nə üçün illərdir Suriyada, İraqda, Livanda, Yəməndə hibrid müharibə (“prroxy war”) aparıb, həmin ölkələrin suverenliyini təhdid edir? Nədən kiçik Bəhreyni çalxalayır? Niyə Birləşmiş Ərəb Əmirliklərinin üç adasını işğal altında saxlayır?

Axı 1971-ci ildən Birləşmiş Ərəb Əmirliyinin Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları İran tərəfindən işğl edilib. Adaların qaytarılması ilə bağlı BƏƏ-nin tələblərini Tehran hakimiyyəti qulaqardına vurur. Əmirliyin beynəlxalq əməkdaşlıq üzrə naziri Rim əl-Haşimi BMT Baş Assambleyasının 77-ci sessiyasında bildirib ki, İran 3 adanı işğal edərək ölkəsinin suvrenliyini pozub: “Biz İrandan BƏƏ-yə məxsus 3 adanın işğalına son verməsini tələb edirik”.

Qeyd edək ki, bu adalar Hörmüz boğazında Ərəb və Oman körfəzləri arasında yerləşir.

İran hakimiyyətini əsas dayağı sayılan İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşunlarının Suriya, İraq, Yəmən və başqa bölgələrdə fəaliyyəti ölkələrin suveren hüquqlarının pozulması, yaxud işğalçılıq deyilmi? Bu halda İran hakimiyyətinin “qırmızı xətti” hara qeyb olur? Xomeyninin “İslam inqilabı doktrinasının transformasiyası” başqa dövlətlərin daxili işin müdaxilədir. Tehran hakimiyyəti belə məsələlərdə də isə öz “qırmızı xəttini” gizlədir.

Rusiya Ukrayna ərazilərini ilhaq edəndə, bu ölkədə müharibə aparanda İranın “qırmız xətti” görünmədi. İranın ali rəhbəri Xamenei apardığı müharibəyə görə Rusiyaya haqq qazandırır. “The Guardian” hələ oktyabrda Rusiyanın ilhaq etdiyi Krım adasında ən azı İranın 10 hərbçisinin öldüyü barədə məlumat yayıb. İsrailin “Intelli Times” adlı tviter səhifəsi qeyd edib ki, qvardiyanın hücumyönlü pilotsuz uçuş aparatları üzrə 50-yə yaxın təlimatçısı Rusiyanın Cankoydakı bazasında yerləşdirilib.

Ukraynadakı müharibədə işğalı dəstəkləyərək Rusiyanın hərbi texnika ilə təmin edəndə də “qırmızı xətt” görünmədi.

Belə qənaətə gəlmək olar ki, bu “xətt” İran hakimiyyətinin saxtakarlıq və spekuliasiya etməsi üçün alətdir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən, tərəflər arasında münasibtətlər normallaşmadan Tehran rejimi hansı prinsiplə “xətt” çəkir? Bu da İran rejiminin zalım və ədalətsiz sasani babalarını xatırladan siyasətinin “təntənəsidir”. Belə deyiblər: “Meyvə ağacın dibindən uzağa düşməz”. Odur ki, İrandakı hakimiyyət 2500 illik dağıdıcılığı, kin-küdurəti, nifrəti, qərəzi, pisliyi davam etdirir...

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR