
Məşhur müğənni Cennifer Lopezə indiyə qədər taxılan bahalı nişan üzüklərinin qiymətləri açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, onun Ocani Noyla evliliyi zamanı taxdığı nişan üzüyü 80 000 funt-sterlinq dəyərində olub.
Lopezin ilk evlilik təcrübəsi zamanı ona hədiyyə olunan klassik "Marquise Solitaire" brilyant aksessuar həmin dövr üçün ən bahalı nişan üzüyü hesab edilirdi.
Cütlük 1997-ci ildə ailə həyatı qurub.
Lopezin Kris Cadla ikinci evliliyi zamanı taxdığı üzüyü 100 000 funt-sterlinq dəyərind olub.
"Emerald cut diamond" üzüyü sənətçinin müzakirələrə səbəb olan aksessuarlarındandır. Lopezlə Cad 2001-ci ildə ailə qurub.
Aktyor Ben Afflek 2002-ci ildə nişanlandığı Lopezə 2-2, 5 milyon funt-sterlinq dəyərində üzük alıb.
10 karatlıq çəhrayı brilyant üzük "Harry Winston" brendinə aid olub.
Lopezin həyat yoldaşı Mark Entoni isə ona 4 milyon dollar dəyərində nişan üzüyü alıb.
Markla uzunmüddətli evliliyinin təməlini qoyan sənətçinin 8.5 karatlıq nadir mavi brilyant üzüyü "Harry Winston" imzasını daşıyıb.
Onlar 2004-cü ildə ailə qurub.
2019-cu ildə Aleks Rodriqezlə nişanlanan Lopezin üzüyü 1 milyon dollar dəyərində olub.
15 karatlıq zümrüd kəsimli parlaq brilyant üzük qiymətinə görə böyük müzakirələr yaratmışdı.
2022-ci ildə Ben Affleklə yenidən həyatını birləşdirən Lopez 5-8 milyon dollar dəyərində üzük taxıb.
İllər sonra yenidən birləşən cütlüyün bu dəfəki seçimi son dərəcə nadir 8.5 karatlıq yaşıl brilyant üzük olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.