
Aktrisa Oksana Rəsulova ötən gün vəfat edən məşhur Bollivud ulduzu Dharmendra Deolla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında Dharmendra ilə şəkilini paylaşaraq onun ən sevdiyi aktyor olduğunu və vəfatına görə dərin kədər hissi keçirdiyini vurğulayıb:
"Uşaqlığımdan bəri ən sevdiyim aktyor... Şaka, Raca, Vir və diqər adlarla, rollarla və ən əsası insanlığı iıə yadda qalan Dharmendr Deol... Allah rəhmət etsin".
Xatırladaq ki, Bollivud ulduzu Dharmendra Deol 90 yaşında vəfat edib. O noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilib. Aktyor bu gün həmin xəstəxanada vəfat edib. O "Zita və Gita", "Qisas və qanun", "Daş və Çiçək" kimi ekran işlərində yaddaqalan obrazlar yaradıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.