
Ali Məhkəmənin hakiminin fəaliyyətinə xitam verilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Zakir Quliyev bir müddət əvvəl öz ərizəsi ilə fəaliyyətinə xitam verilməsi üçün Məhkəmə Hüquq Şurasına müraciət edib.
Məhkəmə-Hüquq Şurası müraciətə müsbət cavab verib və hakimin fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Zakir Quliyev 2016-cı ildə müddətsiz hakim təyin edilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.