
2023-cü il ərzində cinayət kollegiyanın icraatında olmuş 3391 işdən 2272 işə mahiyyəti üzrə baxılıb. Onlardan 1877 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 209 iş üzrə məhkəmə aktı ləğv edilib, 186 iş üzrə qərar dəyişdirilib.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov qurumun plenum iclasında deyib.
O bildirib ki, inzibati kollegiyanın icraatında olmuş 3756 işdən 2590 işə mahiyyəti üzrə baxılıb.
Diqqətə çatdırıb ki, baxılmış 2590 işdən 2057 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 479 iş üzrə ləğv edilib, 22 iş üzrə kassasiya icraatına xitam verilib, 12 iş üzrə məhkəmə aktları dəyişdirilib və 20 iş üzrə icraata xitam verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.