
İtaliyanın "Yuventus" klubunun yeni prezidenti bəlli olub.
"AVESTA.AZ" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinə nəzarət edən "Exor" holdinq qərar çıxarıb.
"Qoca sinyora" Canluka Ferreroya tapşırılacaq. O, bir çox şirkətlərdə - "Fincantieri", "Lavazzara", "Biotronik", "Praxi", "Gedi", "Nuo", "Fenera" və "Lifenet"də menecer, mühasib və auditor kimi çalışıb. Ferrero "Piedmont" bankının da vitse-prezidentidir.
Qeyd edək ki, ötən gün "Yuventus"un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.