2-12-2025, 18:48 459

Xırdalanda kişi namaza görə arvadını döyüb dişlərini sındırdı

Abşeronda kişi dini inancla bağlı mübahisə zamanı arvadını döyüb.

AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

36 yaşlı Ümid Əzizov (adı və soyadı şərtidir) yaşadıqları evdə arvadı ilə dini inanc məsələsi üstündə mübahisə edib. Bu zaman o, yumruq, təpik və şillə ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, üç övladı var və arvadı ilə aralardan dəfələrlə mübahisələr olub:

"Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıblar, amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, dini ad altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı".

Ümid Əzizov əməlindən peşman olduğunu, dəfələrlə cəhd etsə də, arvadı ilə barışa bilmədiyini qeyd edib. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edib.

Zərərçəkən qadın isə deyib ki, həmin gün yoldaşı ilə əvvəlcə pul üstündə dalaşıb. Əri onu vurduğu üçün küçəyə qaçıb və bir saat sonra evə qayıdıb:

"Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacağam deyəndə, o üstümə gəlib sən kimsən deyə qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etdi".

Zərərçəkən əlavə olaraq bildirib ki, əri ilə barışmayıb və onun haqqında qanunauyğun tədbir görülməsini xahiş edir.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ümid Əzizov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Paylaş

Xəbər lenti

Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Dünən, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Dünən, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Dünən, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Dünən, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Dünən, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Dünən, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Dünən, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Dünən, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Dünən, 21:48 Bakıda binada uçqun Dünən, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Dünən, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Dünən, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Dünən, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Dünən, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Dünən, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Dünən, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Dünən, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Dünən, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Dünən, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Dünən, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Dünən, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Dünən, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Dünən, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Dünən, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Dünən, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Dünən, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Dünən, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Dünən, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Dünən, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Dünən, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Dünən, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Dünən, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Dünən, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Dünən, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Dünən, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Dünən, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Dünən, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Dünən, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Dünən, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Dünən, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Dünən, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Dünən, 16:48 Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə və "Aramco"ya hücum etdilər Dünən, 16:48 Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Dünən, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR