2-12-2025, 23:48 244

Qardaşının qonşusu tərəfindən döyüldüyünü görüb onu bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsi Şəmkir rayonunda qonşusunu bıçaqlayaraq ağır xəsarət yetirməkdə ittiham olunan 39 yaşlı Amil Məmmədovu (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilib.

Məhkəmə təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrum etmə cəzası təyin edib, lakin əvvəlki 2 ay həbs müddətini çıxmaqla qalan 2 il 10 ay cəzanı şərti hesab edərək, 1 il 6 ay sınaq müddəti müəyyən edib. Hökm 27 noyabr 2025-ci il tarixində çıxarılıb və hələ qanuni qüvvəyə minməyib.

AVESTA.AZ-in məlumtına görə, hadisə 8 iyul 2025-ci il gecə saatlarında Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində baş verib.

Təqsirləndirilən şəxs qardaşı Muradın qonşusu Elnur Vəliyev (ad və soyad şərtidir) tərəfindən döyülməsini öyrənib. Qardaşını qan içində görən Amil Məmmədov evdən mətbəx bıçağı götürərək Elnurun evinin qarşısına gedib.

Orada mübahisə yaranıb və təqsirləndirilən şəxs bıçaqla qonşusunun döş qəfəsinə və qarın nahiyyəsinə bir neçə zərbə vurub. Nəticədə Elnur ağır xəsarətlər alıb: qarın divarının deşilmiş-kəsilmiş yarası bağırsaq və pankreası zədələyib, daxili qanaxmaya səbəb olub.

Tibbi ekspertiza bu xəsarəti həyat üçün təhlükəli ağır zərər kimi qiymətləndirib. Bıçaq kustar üsulu ilə hazırlanmış mətbəx aləti kimi tanınıb və soyuq silah hesab edilməyib.

Məhkəmə istintaqında Amil özünü tam təqsirli bilib, əməlini etiraf edib və peşman olduğunu bildirib. O, hadisədən sonra könüllü olaraq polisə təslim olub. Zərərçəkmiş Elnur da ifadəsində barışdıqlarını, şikayətinin olmadığını və dəymiş zərərin ödənildiyini qeyd edib. Şahidlər də hadisəni təsdiqləyib, lakin birbaşa şahid olmadıqlarını bildiriblər. Ekspertiza rəyləri, protokollar və digər sübutlar təqsirləndirilən şəxsin əməlini tam sübut edib.

Məhkəmə cinayətin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin peşmançılığını, azyaşlı övladlarının olmasını (üç uşaq), zərərçəkmişlə barışmasını və müsbət xarakteristikanı nəzərə alıb. Cəza yüngülləşdirici hallar əsasında şərti tətbiq edilib. Təqsirləndirilən şəxs sınaq müddətində yaşayış yerini dəyişmək istədikdə polisə məlumat verməli və nəzarət altında olacaq.

Paylaş

Xəbər lenti

Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Dünən, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Dünən, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Dünən, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Dünən, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Dünən, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Dünən, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Dünən, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Dünən, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Dünən, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Dünən, 21:48 İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" Dünən, 21:48 Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq Dünən, 20:48 Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq Dünən, 20:48 Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb Dünən, 20:48 Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR Dünən, 20:48 Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Dünən, 19:48 Lukaşenko: Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm Dünən, 19:48 Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda! Dünən, 19:48 Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib Dünən, 19:48 Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub Dünən, 19:48 Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi Dünən, 19:48 İlham Əliyev Si Cinpinə başsağlığı verib Dünən, 19:48 Kamran Əsədovun məhkəməsi keçirilib Dünən, 18:48 Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA Dünən, 18:48 Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq Dünən, 18:48 Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək Dünən, 18:48 Azərbaycan Prezidenti Pakistanın Baş nazirinə başsağlığı verib Dünən, 18:48 Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 18:48 Süper güclərin rəqabəti kəskinləşdi: süni intellekt investisiyalarında rekord artım Dünən, 17:48 Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib Dünən, 17:48 Kanadalılar ABŞ siyasətindən narahatdır Dünən, 17:48 Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 17:48 Sabah Suraxanının bəzi küçələrində qaz olmayacaq Dünən, 17:48 Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər? Dünən, 17:48 Si Cinpin İlham Əliyevi təbrik etdi Dünən, 17:48 Toral Bayramov "Bursaspor"a keçdi - RƏSMİ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR