8-12-2025, 19:48 304

Azərbaycan-Slovakiya münasibətləri – strateji əməkdaşlıq və qardaşlıq nümunəsi

Dostluq, əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edən Azərbaycan-Slovakiya münasibətləri bu gün Avropaya nümunə hesab oluna bilər.

İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 23-də qurulsa da, sovet dövründə münasibətlər mövcud olub. SSRİ-nin dağılması ilə müstəqilik əldə edən hər iki ölkə arasında münasibətlər son illər davamlı olaraq artmaqdadır. Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir.

Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən, Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildən fəaliyyət göstərir.

Bu gün Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, sözsüz ki, iki ölkə liderlərinin əvəzsiz rolu var. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.

Slovakiyanın Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və bu müştərək yolun çox uğurlu gediləcəyinə ümidvar olduğunu vurğulayaraq deyib: "Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini də müəyyən edir".

Bu bəyanatın praktiki təsiri Slovakiya Prezidenti Peter Pelleqrininin ötən il COP29 çərçivəsində Azərbaycana səfəri ilə də müşahidə olundu. Səfər çərçivəsində iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Həmçinin, Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb.

Ümumiyyətlə, bu səfər, iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.

Slovakiya-Azərbaycan münasibətlərində əsas sütun - iqtisadi əməkdaşlıq

Şübhəsiz ki, iqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas sütunlardan biridir. Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi 2022-ci ildə 52,7 milyon dollar olub. 2023-cü ildə isə bu göstərici daha da artıb və hazırda da iki ölkə arasında illik ticarət dövriyyəsi davamlı olaraq artmaqdadır. Xüsusilə də Azərbaycanın bu ölkəyə qaz ixracı iki dəfəyə qədər artıb. Məsələn, 2022-ci ildə ixrac 600 milyon kubmetr idisə, bu rəqəm 2023-cü ildə 1 milyard 250 milyon kubmetr olub. Təbii ki, bu ixrac artdıqca ticarət dövriyyəsində də özünü göstərəcək.

Ümumiyyətlə, Azərbaycanda yaradılan mövcud investisiya mühiti, o cümlədən Ələt-Araz iqtisadi zonasının öz rezidentləri və qeyri-rezidentləri üçün yaratdığı fürsətlər Slovakiya şirkətlərinin də Azərbaycanda fəaliyyətini stimullaşdırır. Azərbaycan-Slovakiya biznes forumunda da bu məsələ bilavasitə vurğulanıb. Ticarət, energetika, sənaye, nəqliyyat və turizm sahələri üzrə əməkdaşlığı gücləndirməyə əlavə fürsətlər verir. Düşünmək olar ki, qeyd edilən bütün istiqamətlərdə iki ölkə arasında münasibətlər artan dinamika ilə davam edəcək.

Bu əməkdaşlıq həm də Azərbaycanın Mərkəzi Asiyadan əlavə, Avropa istiqamətində iqtisadi kontekstdəki əlaqələrində genişlənmə prosesi getdiyini göstərir.

Qarabağın bərpasına dəstək

2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir:

"Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Ağdamın Qərvənd kəndinin Slovakiya şirkəti tərəfindən yenidən qurulması böyük rəmzi məna daşıyır. Digər bir tərəfdən hərbi sahədə iki ölkənin əməkdaşlığının genişləndirilməsi də olduqca vacibdir. Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Əminliklə demək olar ki, Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəkdir".

Yeri gəlmişkən, Azərbaycanla Slovakiyanı həm də başqa bir məsələ birləşdirir. Hər iki ölkə təzyiq və hədələrə baxmayaraq, müstəqil xarici siyasət yürüdür. Qərb ölkələri Qarabağın işğalı dövründə və müharibə dövründə Azərbaycana təzyiqlər göstərsə də, nəticə vermədi. Slovakiyaya gəldikdə, bu ölkə Avropa İttifaqı daxilində təzyiqlərə baxmayaraq, müstəqil siyasət yürüdən ölkə kimi tanınır. Slovakiya və Avropa İttifaqı arasında gərginlik əsasən ölkənin Baş naziri Robert Fitsonun Aİ-nin siyasətlərinə, xüsusən də Ukraynaya dəstək və miqrasiya məsələsinə dair sərt tənqidləri, onun Aİ-nin dağılması ilə bağlı bəyanatları və daha suveren bir siyasət yürütməyə çalışması səbəbindən yaranır.

Beləliklə, diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividentlərinin reallaşmasına şərait yaradır.

Report İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR