
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yanvar-noyabr ayları ərzində zəhərlənmə diqanozu ilə yerləşdirilənlərdən 41 ölüm faktı qeydə alınıb.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, həyatını itirənlərin 30-u kişi, 11-i isə qadın cinsli pasiyentlər olub.
Məlumata əsasən, kişi cinsli pasiyentlər arasında ölüm hallarının daha çox qeydə alınmasının əsas səbəbləri ağır dərəcəli sirkə turşusu və dərman zəhərlənmələri, həmçinin spirtli içkilərdən sui-istifadə ilə bağlı toksik vəziyyətlərdir.
Qadınlar arasında ölüm hallarına isə əsasən sirkə turşusu, dərman preparatları və anafilaktik şok səbəb olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə ümumilikdə 1 118 nəfər qəbul edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.