
Sabah Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə atəşfəşanlıq keçiriləcək.
BAKU.WS-in məlumatına görə, bayram atəşfəşanlığı Dənizkənarı Milli Park ərazisində təşkil olunacaq. Paytaxt sakinləri və şəhərə gələn qonaqlar rəngarəng atəşfəşanlığı dekabrın 31-nə keçən gecə, saat 00:00-da həmin məkandan izləyə biləcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.