
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair mətbuata bəyanatında deyib.
Türkiyə lideri Ankaranın Azərbaycan torpaqlarının bərpası prosesinə imkanları daxilində töhfə verməyi davam etdirəcəyini vurğulayıb. O, Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.