
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Quba rayonunda, dəniz səviyyəsindən 2783 metr yüksəklikdə yerləşən Xarıbülbül zirvəsinə yürüş təşkil olunub.
Bu barədə AVESTA.AZ-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yürüşün məqsədi tarixi Zəfərin rəmzi olan milli birlik və vətənpərvərlik dəyərlərini təşviq etməklə yanaşı, təbiətlə təmasın gücləndirilməsi və dağ turizminə marağın artırılması olub.
Yürüş iştirakçıları zirvəyə qalxaraq Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.