30-12-2025, 16:48 183

Prezident Sərəncam imzaladı - Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq

Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi qeyd olunacaq.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur.

Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, orta əsrlər Azərbaycan memarlıq sənətinin inkişafında dərin və silinməz iz qoymuş böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli

Elmlər Akademiyası ilə birlikdə Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Paylaş

Xəbər lenti

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır Bu gün, 18:48 Bu qida allergiya riskini azaldır Bu gün, 18:48 Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Sabah gün ərzində... Bu gün, 18:48 "Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu Bu gün, 18:48 Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək Bu gün, 18:48 Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq Bu gün, 18:48 Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı Bu gün, 18:48 "Prezident Kuboku 2026": İkinci yarış gününün qalibləri mükafatlandırılıb Bu gün, 17:48 Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü Bu gün, 17:48 Əməkdar artistin səhhətində problem yaranıb: "İnsult keçirdim, 2 dəfə onurğadan əməliyyat olundum" Bu gün, 17:48 Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı Bu gün, 17:48 Polisin saxladığı makler 4 aylıq - Həbs edildi Bu gün, 17:48 Şarliz Teronun radikal qərarı hamını təəccübləndirdi Bu gün, 17:48 Küçə rəssamı Benksinin imzası olan heykəl tapıldı Bu gün, 17:48 Karyerasını tez bitirən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI Bu gün, 17:48 Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım" Bu gün, 17:48 Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI Bu gün, 16:49 AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu Bu gün, 16:49 Qətnamə böhranı: Ermənistan mövzusu Avroparlamenti necə tərəf edir? Bu gün, 16:48 Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır Bu gün, 16:48 Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb Bu gün, 16:48 Diplom tanıtmaq, ucuz mənzil vədi ilə 400 minlik dələduzluq - Nazirliyin sabiq ekspertinin məhkəməsi Bu gün, 16:48 Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı Bu gün, 16:48 Məşhur müğənninin adı bu səbəbdən Çelik olub Bu gün, 16:48 Məşhur brendin 800 dollarlıq yeni ayaqqabıları LAĞA QOYULDU Bu gün, 16:48 Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaş elan edib Bu gün, 16:48 Lətif Kərimovun 120 illiyi qeyd ediləcək Bu gün, 16:48 İlkin Dövlətov bu səbəbdən xarici görünüşünü dəyişəcək Bu gün, 15:48 İranlı diplomat: "ABŞ İranla müharibədə uduzdu" Bu gün, 15:48 Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan yük qatarı Biləcəridən yola düşüb Bu gün, 15:48 Qonşu ölkədən təhsil adı ilə işləməyə gələnlərə SƏRT CƏZA Bu gün, 15:48 Masazır sakinlərini SEVİDNİRƏCƏK XƏBƏR Bu gün, 15:48 Bu ərazidə qazlar kəsiləcək Bu gün, 15:48 I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI Bu gün, 15:48 Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş - Hər ikisi oğurluq edib Bu gün, 15:48 Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var Bu gün, 15:48 Xaçmazda bir gündə iki "Prius" qatarla toqquşdu Bu gün, 15:48 Mabel Matiz 3 ilə qədər həbs oluna bilər - SƏBƏB... Bu gün, 15:48 Prezidentin nümayəndəsi: "Corcia Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərində əlavə əhəmiyyət kəsb edir" Bu gün, 15:48 Emin Əmrullayev: Uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi də diqqət mərkəzində olmalıdır Bu gün, 15:48 "Survivor"da QALMAQAL - Yanlış montaj səbəbindən söyüş efirə getdi Bu gün, 14:48 Ancelina Colidən danışan qızı: "O, mənim üçün ilham mənbəyidir" Bu gün, 14:48 Can Yaman dəyişib belə oldu Bu gün, 14:48 "Ağlayan gəlin" gülünü qoparan 700 min cərimələnir Bu gün, 14:48 Qubada WUF13 Festivalı başlayıb Bu gün, 14:48 Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik Bu gün, 14:48 Sabah saat 10:00-dan bu küçələrdə WUF13-ə görə MƏHDUDİYYƏTLƏR OLACAQ Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR