
Müğənni Vəfa Şərifova türkiyəli həmkarı Yıldız Tilbe ilə duet oxuyacaq.
BAKU.WS xəbər verir ki, o bu barədə qonaq olduğu "Rəngarəng" verilişində bildirib.
Sənətçi qeyd edib ki, bu duet alınsın deyə Tilbeyə 170 000 AZN qonorar verəcək.
Mahnı və digər xərcləri də Vəfa Şərifova özü çəkəcək.
Məlumat üçün bildirək ki, Şərifova əvvəllər müğənni Serdar Ortaçla da duet oxuyub. O bunun üçün sənətçiyə 50 000 AZN ödəmişdi.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.