10-12-2022, 01:55 555

DÇ-2022: Argentina millisi yarımfinalda Xorvatiyaya rəqib olub

Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub.

“AVESTA.AZ”un məlumatına görə, Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finalda Niderlandı məğlub edib.

Cənubi Amerika təmsilçisi 35-ci dəqiqədə Nauel Molina və 73-cü dəqiqədə Lionel Messinin qolu sayəsində iki top fərqi ilə önə keçib. Ancaq komanda bu üstünlüyünü qoruya bilməyib. Sonradan meydana daxil olan Vaut Veqhorst 83-cü və 90+11-ci dəqiqədə fərqlənərək, hesabı bərabərləşdirib.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də tablodakı rəqəmlər dəyişmədiyindən, penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) Argentina yığması adını yarımfinala yazdırıb.

Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək.

01:43

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.

“AVESTA.AZ”un məlumatına görə, burada da hesab (2:2) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

01:09

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.

“AVESTA.AZ”un məlumatına görə, hazırda oyunda hesab 2:2-dir.

01:05

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.

“AVESTA.AZ”un məlumatına görə, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.

2:2 hesablı bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

01:02

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 4-cü qol vurulub.

“AVESTA.AZ”un məlumatına görə, 90+11-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Vaut Veqhorst özünün və komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib - 2:2.

00:45

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 3-cü qol vurulub.

“AVESTA.AZ”un məlumatına görə, 83-cü dəqiqədə Avropa təmsilçisinin heyətində Vaut Veqhorst hesab arasındakı fərqi azaldıb - 1:2.

00:36

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

“AVESTA.AZ”un məlumatına görə, 73-cü dəqiqədə penaltidən fərqlənən Lionel Messi Cənubi Amerika təmsilçisinin üstünlüyünü 2 topa çatdırıb - 2:0.

00:06

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.

“AVESTA.AZ”un məlumatına görə, hələlik Cənubi Amerika təmsilçisi hesabda öndədir - 1:0.

23:51

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

“AVESTA.AZ”un məlumatına görə, cənubi amerikalılar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

23:35

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

“AVESTA.AZ”un məlumatına görə, 35-ci dəqiqədə Nahuel Molina Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

23:00

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

“AVESTA.AZ”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

21:54

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.

“AVESTA.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Metroda generatorlar niyə işə düşməyib? Bu gün, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Bu gün, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Bu gün, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Bu gün, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Bu gün, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Bu gün, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Bu gün, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Bu gün, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Bu gün, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Bu gün, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Bu gün, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Bu gün, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Bu gün, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Bu gün, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Bu gün, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Bu gün, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Bu gün, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Bu gün, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Bu gün, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Bu gün, 15:48 Narkoloji Dispanserdə 26 yaşlı oğlan öldü Bu gün, 15:48 Kukla Teatrına direktor müavini təyin olunub Bu gün, 15:48 Gəncədə ər arvadını baltaladı Bu gün, 14:48 Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 14:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib Bu gün, 14:48 Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllim 200 manatadək cərimələnəcək Bu gün, 14:48 Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi haqda cəzalara dəyişiklik son oxunuşda qəbul edilib Bu gün, 14:48 Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır Bu gün, 14:48 Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR Bu gün, 14:48 Saat 09:00-da 20 mindən çox abonentin QAZI KƏSİLƏCƏK Bu gün, 14:48 Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb Bu gün, 14:48 "SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib Bu gün, 13:48 Azərbaycanda 100 yaşdan yuxarı 288 pensiyaçı var – ən yaşlı şəxs 136 yaşındadır Bu gün, 13:48 Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR Bu gün, 13:48 Bürcləri bu həftə nələr GÖZLƏYİR? Bu gün, 13:48 Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 13:48 "Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir Bu gün, 13:48 ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu Bu gün, 13:48 Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ Bu gün, 13:48 AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib Bu gün, 13:48 Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK Bu gün, 13:48 Beyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı Bu gün, 13:48 Kənar dairəvi yolda avtomobil "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib Bu gün, 12:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb Bu gün, 12:48 Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq? Bu gün, 12:48 Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR