24-01-2026, 15:48 254

Bir mübahisə, onlarla zərərçəkən:

Sürücülərlə sərnişinlər arasında yaşanan mübahisələr ictimai nəqliyyatda tez-tez rast gəlinən hallardandır. Belə hadisələr zamanı sürücülərin avtobusu idarə etməkdən imtinası isə daha böyük problemlərə yol açır.

Keçən həftə gündəlik istifadə etdiyim 72 nömrəli avtobusda altı yaşlı uşaq üçün ödənməyən gediş haqqına görə sürücü ilə sərnişin arasında yaranan mübahisə sonda sürücünün avtobusdan düşərək idarəetmədən imtina etməsi ilə nəticələndi. Bir gün sonra paytaxtdakı iki nömrəli avtobusda da oxşar hadisə baş verdi: sürücü nəqliyyat vasitəsini yol kənarına verərək saxladı və sürməkdən imtina etdi…

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mediada və sosial platformalarda sürücünün bu davranışı geniş müzakirə olundu. Ard-arda baş verən bu hadisələr diqqəti yenidən sürücü-sərnişin, sürücü-şirkət münasibətlərinə yönəltdi.

Səbir, etik normalara və təhlükəsizliyə əməl etmək tələb olunur

Bu mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdikdə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Orucov bizi "BakuBus" MMC-yə yönləndirdi.

"Bakubus" MMC-nin istismarında olan avtobusların sürücüləri sərnişinləri marşrut üzrə son mənzilə çatdırmaq öhdəliyini daşıyırlar və bu, onların əsas vəzifələrindən biridir", - deyə MMC-nin mətbuat katibi Əsmər Əliyeva cavabı çox yubatmadı.

Eyni zamanda qeyd etdi ki, sürücülərdən hərəkət zamanı səbirli, təmkinli davranış nümayiş etdirmələri, etik normalara və təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunur.

Ə.Əliyeva vurğuladı ki, bəzi hallarda sərnişinlə insident zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar da baş verə bilər:

"Belə vəziyyətlərdə təlimata əsasən sürücü təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobusu saxlayaraq monitorinq mərkəzinə məlumat verir və hadisə qeydə alınır. Bu kimi hallar dərhal araşdırılır, avtobusdaxili videomüşahidə kameralarının görüntülərinə baxılır və məsələ hərtərəfli qiymətləndirilir".

Bir mübahisə, onlarla zərərçəkən:

"Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, avtobus sürücüsü sükan arxasında sərnişinlərin təhlükəsiz daşınmasına görə məsuliyyət daşıyır. Amma bu sahədə sistemli problemlər var. Bakıda xeyli vaxtdır nağdsız ödənişə keçilib. Amma dünya ölkələrindən fərqli olaraq avtobusa bir qapıdan giriş edirik. Bu praktika özünü doğrultmur. Sürücünü əlavə yükləyir və tranzit vaxtına təsir edir. Üstəlik, sərnişinlərin bir-birinə anlayışlı yanaşmaması, avtobusun salonunun önündə qalmaları da əlavə vaxt aparır. Bu cür davranışlar xoşagəlməz hadisələrin yaranmasına da zəmin yaradır". İŞ üzvü hesab edir ki, sürücünün işi yalnız sükan arxasında avtobusu idarə etməkdir, onun ödənişlə bağlı öhdəliyi olmamalıdır:

"Bunun üçün xüsusi nəzarətçilər təyin edilməlidir. Bizdə sərnişin və yükdaşımada sürücü qıtlığı var. Peşəkar sürücülərin çoxu Avropaya üz tutur. Sürücünün son dayanacaqda yemək, ibadət, sanitar qovşağı kimi şəraiti olmalıdır. Bu olmasa, xidmət keyfiyyəti artmayacaq. Nə qədər yaxşı avtobus gətirsək də, onu idarə edən insanın problemini həll etməsək, sərnişindaşıma riskli sahə olaraq qalacaq".

R.Ağamirzəyev hesab edir ki, belə hallarla bağlı emosiyalara qapılıb kimisə işdən çıxarmaqla problemləri həll edə bilmərik.

Bir mübahisə, onlarla zərərçəkən:

İki nəfər mübahisə edir, onlarla insan ziyan çəkir

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, bu cür hallar təkcə ictimai davranış problemi deyil, həm də birbaşa ictimai xidmətin hüquqi çərçivəsinin pozulmasıdır:

"Marşrut avtobusu sürücünün şəxsi mülkiyyəti və ya fərdi nəqliyyat vasitəsi deyil. Sürücü bu sistemdə mütləq qərar verən tərəf yox, əmək funksiyasını yerinə yetirən icraçıdır. Bu baxımdan, sürücünün sərnişinlə mübahisəyə görə avtobusu saxlayıb sürməkdən imtina etməsi qanunsuzdur. Belə davranış nə yol-hərəkət qaydaları, nə əmək intizamı, nə də ictimai xidmətlər prinsipi ilə uzlaşır. Mübahisə edən tərəf iki nəfər ola bilər, amma nəticədə onlarla insan ziyan çəkir. Bir sərnişinin davranışı nə qədər problemli olsa belə, digər sərnişinlərin hüquqlarının qurban verilməsi hüquqla əsaslandırıla bilməz".

Ə.Nuriyev bildirir ki, əgər sərnişin həqiqətən qaydanı pozursa, sürücünün dispetçerə məlumat vermək, hüquq-mühafizə orqanlarına müraciət etmək və ümumi şəkildə sərnişinin avtobusdan endirilməsini təmin etmək hüququ var:

"Amma sürücünün özünü hakim kimi apararaq avtobusu hərəkətsiz saxlaması özbaşınalıqdır, eyni zamanda, onun özü üçün də məsuliyyət yaradır. Bu, daşıyıcı şirkət üçün ciddi sanksiyalarla nəticələnə bilər. O cümlədən, avtobusdakı sərnişinlər dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıra bilərlər".

Hüquqşünas bildirir ki, belə hadisələr ciddi şəkildə araşdırılmalı və nəticə çıxarılmalıdır:

"Əks halda, bu cür davranışlar normaya çevrilir və ictimai nəqliyyat sisteminə etimadı sarsıdır. Hesab edirəm ki, şirkətin daşıyıcılarla bağlı fəaliyyətinə nəzarət edən AYNA da bu istiqamətdə fəaliyyətini gücləndirilməlidir".

Ə.Nuriyev hesab edir ki, əgər sərnişin həqiqətən təhqir və zorakı davranış nümayiş etdiribsə, o da məsuliyyət daşıyır:

"Sərnişin etdiyi hərəkətin xarakterinə görə müvafiq məsuliyyət daşıya bilər".

Bir mübahisə, onlarla zərərçəkən:

Paylaş

Xəbər lenti

Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Bu gün, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Bu gün, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Bu gün, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Bu gün, 18:48 Qazaxda TIR yandı Bu gün, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Bu gün, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Bu gün, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Bu gün, 17:48 Ələt-Astara yolunun yanında ərazi yanır Bu gün, 17:48 Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi Bu gün, 17:48 Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb Bu gün, 17:48 Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO Bu gün, 17:48 Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var Bu gün, 17:48 Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı Bu gün, 17:48 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb Bu gün, 17:48 "Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib Bu gün, 17:48 MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək Bu gün, 16:49 Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:49 Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib Bu gün, 16:49 XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq Bu gün, 16:49 Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya Bu gün, 16:48 Əli Kərimlinin işi məhkəməyə göndərildi Bu gün, 16:48 Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib Bu gün, 16:48 Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü Bu gün, 16:48 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Bu gün, 16:48 Göyçayda evlərdən 24 min manat oğurlanıb Bu gün, 16:48 Müntəzəm fiziki aktivlik qadınlarda bu xəstəliyi ləngidə bilər Bu gün, 15:48 Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar" Bu gün, 15:48 "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özü imiş Bu gün, 15:48 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi, həbsdə saxlanıldı Bu gün, 15:48 ŞAD XƏBƏR - Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ Bu gün, 15:48 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu Bu gün, 15:48 Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO Bu gün, 15:48 Masazırda velosiped oğurlamaq istəyən şəxs binanı su altında qoydu Bu gün, 14:48 Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır Bu gün, 14:48 "Gözel Seeds" və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir Bu gün, 14:48 Bakıda kişi sirkə turşusundan zəhərlənib öldü Bu gün, 14:48 Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək Bu gün, 14:48 Rusiya-Ukrayna münaqişəsi başa çatmağa doğru gedir - Tramp Bu gün, 14:48 Nərimanovda yolda çökmə - AAYDA hərəkətə keçdi Bu gün, 14:48 Ucarın çəltik emalı müəssisəsi qısa müddətdə 300 tondan çox məhsul qəbul edib Bu gün, 14:48 Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib Bu gün, 13:48 Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb Bu gün, 13:48 Pentaqonun keçmiş UNO rəhbəri 2005-ci ildə gördüyü sirli görüntüdən danışıb Bu gün, 13:48 5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir Bu gün, 13:48 Avropada bu yay anomal istilər 50 mindən çox insanın ölümünə səbəb olub Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR