20-04-2025, 18:48 563

Taksidə təhlükəsizliyimizi necə qoruyaq?

Vətəndaşların taksilərdə üzləşdikləri problemlər davam edir. Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması hər bir sərnişinin üzləşə biləcəyi problemlərdəndir. 

Heydər Əliyev prospektində baş vermiş taksi qəzası cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Hadisədən sonra sosial şəbəkələrdə və mediada taksi xidmətləri ilə bağlı narazılıqlar bir daha gündəmə gəldi. Ümumiyyətlə, son dövrlərdə ictimai nəqliyyat, xüsusilə taksi xidmətlərindən istifadə zamanı yaşanan bəzi xoşagəlməz hallar cəmiyyətdə narahatlıq doğurur. Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması və digər problemlər taksidə sərnişin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bəs taksidə təhlükəsizliyimizi qorumaq üçün hansı addımları atmalı, necə davranmalıyıq?

Məlumdur ki, mobil tətbiq vasitəsilə taksi sifariş etdikdə, hər dəfə gedişi bitirdikdən sonra tətbiqdə mütləq sürücünün qiymətləndirilməsi tələb olunur. Bu qiymətləndirmədən istifadə edən də var, etməyən də. Sürücü tələblərə cavab verməsə belə, beş balla qiymətləndirən də var, ideal sürücüyə üç bal verən də... Maraqlıdır, qiymətləndirmənin əhəmiyyəti nədir?

Eyni sürücü ilə bağlı bir neçə mənfi rəy toplanarsa...

BAKU.WS xəbər verir ki, taksi fəaliyyətini həyata keçirən "Bolt" şirkətindən "Kaspi" qəzetinə bildirildi ki, qiymətləndirmə xidmət keyfiyyətinin artırılmasını təmin edən əsas alətdir: "Əgər sürücünün davranışı ilə bağlı şikayət daxil olub və nəticədə o, platformadan uzaqlaşdırılıbsa, bu, yüzlərlə potensial təhlükəli səfərin qarşısının alındığı deməkdir. Nəticə böyük ölçüdə sürücünün özündən asılıdır. Bəzi insanlar xidmət göstərmək üçün kifayət qədər uyğun deyillər və bu cür şəxslərin istifadəçi rəylərinə əsasən sistemdən kənarlaşdırılması tamamilə normaldır. Aşağı bal alan sürücülər zərurət olduqda əlavə təlimlərə cəlb olunur və ya xəbərdarlıq alırlar. Aşağı reytinqlər xidmət keyfiyyəti və sürücü davranışı ilə bağlı problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Əgər sərnişin bir, iki və ya üç bal verərsə, sistem avtomatik olaraq səbəb seçməyini tələb edir (məsələn: sürücünün kobud davranışı, avtomobilin təmiz olmaması və s.). Bu məlumatlar şirkətin keyfiyyət komandası tərəfindən izlənilir və eyni sürücü ilə bağlı bir neçə mənfi rəy toplanarsa, müvafiq tədbirlər görülür".

Əgər sərnişin sadəcə hörmət xatirinə beş bal verirsə...

Şirkətin məlumatına görə, əgər sərnişin bir sürücüyə aşağı bal verib və səbəb qeyd edibsə, bu məlumat sistemdə yadda saxlanılır və gələcəkdə eyni sürücünün həmin sərnişinə təyin olunma ehtimalı azalır: "Adekvat olmayan, yəni real performansa uyğun olmayan ballar müəyyən mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əgər sərnişin sadəcə hörmət xatirinə beş bal verirsə, problemli halların vaxtında aşkarlanması çətinləşir. Əgər aşağı keyfiyyətli xidmət göstərən sürücü gerçək vəziyyəti əks etdirməyən yüksək ballar alırsa, sistemdə yüksək reytinqli istifadəçi kimi görünür. Beləliklə, qiymətləndirmə sistemi öz funksionallığını itirir, çünki sürücülər nə düzgün geribildirim ala, nə də xidmətlərini təkmilləşdirmək üçün bu məlumatdan faydalana bilirlər".

"Operatorlar qeyri-qanuni taksi sürücülərinə görə külli miqdarda cərimələnir"

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirdi ki, vətəndaşlar taksi sifarişini əsasən mobil tətbiq vasitəsilə edirlər, bəzi hallarda sifarişə başqa sürücü gəlir: "Yəni, tətbiqdə göstərilən şəxslə sifarişə gələn eyni olmur. Bu, artıq sərnişində şübhə doğurmalıdır. Anlamalıdır ki, əgər sifariş etdiyi maşın gəlmirsə, yaxud sürücü başqadırsa, demək ki, burada bir problem var. Bu o deməkdir ki, hazırda taksini idarə edən şəxs taksi fəaliyyətindən daimi və ya müvəqqəti kənarlaşdırılıb, ona blok qoyulub. Burada artıq sərnişin təhlükəsizliyinə güvənmirsə, həmin taksidən istifadə etməməlidir. Güvənmədikdə, vətəndaş ilk növbədə çağırdığı taksi operator şirkətinə məlumat verməlidir ki, bununla bağlı tədbir görülsün. Çünki taksi operator şirkətləri də qeyri-qanuni işləyən sürücülərə görə külli miqdarda cərimə oluna bilər. Yeni taksi qaydalarına görə, dövlət qurumu həmin taksi şirkətini 20 min manatdan başlayan məbləğlə cərimələyir. Bu səbəbdən taksi şirkətləri də maraqlıdır ki, qeyd olunan maşın və qeyd olunan şəxs çağırışa gəlsin".

Sürücü nalayiq hərəkət edərsə...

Mütəxəssis vurğulayır ki, əgər taksidə sürücü nalayiq hərəkət edərsə, bu zaman sərnişin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etməlidir: "Aldadılma məsələsi varsa, pulun qalığı verilmirsə, yaxud əvvəlki sövdələşmə qiymətindən daha bahalı qiymət təklif olunursa, bu zaman sərnişin həm taksi şirkətinə, həm də müvafiq dövlət qurumuna müraciət edə bilər". 

E.Cəfərov vurğulayır ki, vəziyyət o yerə gəlib ki, peşəkar sürücülər işləyə bilmirlər: "Əyləncə xatirinə taksi sürənlər peşəkar sürücülərin işinə mane olurlar. Neqativ hallar çoxaldıqda, insanlar peşəkarlara da etibar etmir. Biz belə sürücülərdən xilas olmalıyıq".

Sürücülərdən alınan yüksək komissiya

Taksi şirkətlərinin probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, taksi sahəsində ən ciddi problem taksi şirkətlərinin qanunvericiliyə tam əməl etməməsidir: "Bu problemlər taksi sürücülərinin əməyinin istismar edilməsi, şirkətlərin sürücülərdən aldığı yüksək komissiyalardır. Bu məsələlər müvafiq dövlət qurumları tərəfindən həll edilməlidir. Xarici taksi şirkətləri qarşısında məsələ qaldırımaldırılar ki, onların sürücülərdən aldığı yüksək komissiya haqqı azaldılsın".

"141"ə müraciət edin

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, sərnişinlərdən taksilərlə bağlı qarşılaşdıqları müxtəlif problemlərə dair AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.

Paylaş

Xəbər lenti

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər Bu gün, 19:48 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı Bu gün, 19:48 Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu Bu gün, 19:48 Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu Bu gün, 19:48 Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Bu gün, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Bu gün, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Bu gün, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Bu gün, 18:48 Qazaxda TIR yandı Bu gün, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Bu gün, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Bu gün, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Bu gün, 17:48 Ələt-Astara yolunun yanında ərazi yanır Bu gün, 17:48 Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi Bu gün, 17:48 Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb Bu gün, 17:48 Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO Bu gün, 17:48 Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var Bu gün, 17:48 Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı Bu gün, 17:48 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb Bu gün, 17:48 "Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib Bu gün, 17:48 MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək Bu gün, 16:49 Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:49 Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib Bu gün, 16:49 XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq Bu gün, 16:49 Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya Bu gün, 16:48 Əli Kərimlinin işi məhkəməyə göndərildi Bu gün, 16:48 Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib Bu gün, 16:48 Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü Bu gün, 16:48 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Bu gün, 16:48 Göyçayda evlərdən 24 min manat oğurlanıb Bu gün, 16:48 Müntəzəm fiziki aktivlik qadınlarda bu xəstəliyi ləngidə bilər Bu gün, 15:48 Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar" Bu gün, 15:48 "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özü imiş Bu gün, 15:48 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi, həbsdə saxlanıldı Bu gün, 15:48 ŞAD XƏBƏR - Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ Bu gün, 15:48 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu Bu gün, 15:48 Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO Bu gün, 15:48 Masazırda velosiped oğurlamaq istəyən şəxs binanı su altında qoydu Bu gün, 14:48 Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır Bu gün, 14:48 "Gözel Seeds" və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir Bu gün, 14:48 Bakıda kişi sirkə turşusundan zəhərlənib öldü Bu gün, 14:48 Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək Bu gün, 14:48 Rusiya-Ukrayna münaqişəsi başa çatmağa doğru gedir - Tramp Bu gün, 14:48 Nərimanovda yolda çökmə - AAYDA hərəkətə keçdi Bu gün, 14:48 Ucarın çəltik emalı müəssisəsi qısa müddətdə 300 tondan çox məhsul qəbul edib Bu gün, 14:48 Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR