
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyəcəyini bildirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Zelenski media nümayəndələri ilə söhbəti zamanı vurğulayıb.
"Mənim [Rusiya Prezidenti Vladimir] Putinlə Moskvada görüşməyim, şübhəsiz ki, mümkün deyil", – deyə Ukrayna lideri vurğulayıb.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Moskvaya dəvət olunduğunu təsdiqləmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.