2-02-2026, 20:48 113

OBA

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşan "OBA" marketlər şəbəkəsi "Qonşuluqda 10 iz" adlı yeni layihəyə start verib. Bu layihə çərçivəsində keçirilən ilk tədbir 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. "OBA-da gənclərin izi" adlı tədbirdə şirkətimizdə çalışan gənc əməkdaşlar bir araya gəlib.

Tədbirdə "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, Satış əməliyyatları direktoru Vüqar İsmayılov, İnsan Resursları direktoru Maqsud Orucov və doktor Həlimə Qəmərlinskaya çıxış edərək gənc əməkdaşlara motivasiyaedici mesajlar ünvanlayıblar.

İdarə Heyətinin sədri Natəvan İbrahimova çıxışında gənclərin OBA-nın korporativ mədəniyyətində və inkişaf strategiyasında mühüm rol oynadığını vurğulayıb:

"OBA-da gənclər yalnız gələcək üçün deyil, bu gün üçün də dəyər yaradan əsas qüvvədir. Onların enerjisi, təşəbbüskarlığı və məsuliyyəti şirkətimizin davamlı inkişafının əsas sütunlarındandır. Biz bu gün fəxrlə deyirik ki, OBA əməkdaşlarının 45 faizi gənclərdən ibarətdir - OBA-nın gücü məhz buradan başlayır".

Satış əməliyyatları direktoru Vüqar İsmayılov gənclərin satış sahəsində formalaşmasının əhəmiyyətinə toxunub: "OBA-da gənclər satışdan başlayaraq real biznes mühitində formalaşır, praktiki bacarıqlar qazanır və peşəkar inkişaf yolu keçir. Bu təcrübə onların gələcək karyerası üçün möhkəm baza yaradır".

İnsan Resursları direktoru Maqsud Orucov OBA-da gənclərin sayı və inkişaf göstəriciləri barədə məlumat verib: "Bu gün OBA əməkdaşlarının 45 faizi gənclərdir. 2025-ci ildə gənc əməkdaşların 58 faizi vəzifə artımı əldə edib, 4 738 gənc inkişaf proqramlarına cəlb olunub, ümumilikdə isə 4 973 gəncə 23 397 saat təlim keçirilib. Bu rəqəmlər OBA-nın gənclərin inkişafına sistemli və davamlı yanaşmasının göstəricisidir".

Dr. Həlimə Qəmərlinskaya karyera yolundan söz açıb, eyni zamanda gənclərin şəxsi inkişafı və psixoloji dayanıqlığının önəmini vurğulayıb: "Uğurlu karyera yalnız peşəkar biliklə deyil, sağlam düşüncə, özünə inam və daxili balansla mümkündür. Gənclərin həm peşəkar, həm də şəxsi inkişafı paralel aparılmalıdır. Siz xoşbəxt gənclərsiniz, çünki bizə 25, 26 yaşlarında bu sözləri deyən olmayıb".

Tədbirdə təlim şöbəsinin müdiri Cəlalə Mustafayeva tərəfindən gənclər arasında enerji və aktivlik mövzusunda hədiyyəli yarış keçirilib.

Tədbir çərçivəsində gənc əməkdaşlara şirkətə verdikləri töhfəyə görə sertifikatlar və hədiyyələr təqdim olunub.

Tədbirdə o da qeyd olunub ki, "OBA" marketlər şəbəkəsi gənclərin sosial və peşəkar inkişafını dəstəkləmək məqsədilə gənclərə yönəlik bir sıra layihələr həyata keçirir. Bu layihələrə daxildir:

• "Gələcəyini qur" təşəbbüsü – aztəminatlı və əməkhaqqısı aşağı olan əməkdaşlar övladlarının ali təhsilə hazırlanmasına və inkişafına dəstək göstərən proqram;

• Təqaüd Proqramı – ölkə daxilində və ölkə xaricində ali təhsil üzrə tələbə adı qazanan əməkdaş övladlarına təqaüd verilməsi;

• SİD – Startap İnkişaf Dəstəyi – gənclər arasında innovativ düşüncəni və sahibkarlıq təşəbbüslərini təşviq edən layihə.

"OBA" marketlər şəbəkəsi hesab edir ki, gənclərə edilən hər bir investisiya ölkənin gələcəyinə qoyulan sərmayədir və şirkət bundan sonra da gənclərin inkişaf yolunda etibarlı tərəfdaş olmağa davam edəcək.

Paylaş

Xəbər lenti

Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR