5-02-2026, 18:48 252

Dünya mediası Azərbaycan Prezidentinin BƏƏ səfərindən yazmaqda davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri və bu səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüş, həmçinin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın dövlətimizin başçısına təqdimolunma mərasimi dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının diqqət mərkəzində olub.

AVESTA.AZ xəbər verir ki, əksəriyyəti AZƏRTAC-a istinadla yayımlanan xəbərlərdə dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə görüşü zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət impulsun qorunmasının vacibliyinə dair səsləndirilən fikirlər yer alıb.

Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Mərakeş və Livan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin göstəricisi kimi qiymətləndirilib.

Misirin "Youm7", Səudiyyə Ərəbistanının "SA24", Küveytin "Q8-Press" və Livanın "Athabat" nəşrlərinin məlumatına görə, görüşdə ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı müsbət addım kimi qiymətləndirilib. Bildirilir ki, bu proseslər artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.

Mərakeşdə fəaliyyət göstərən "A5r5br" və ərəbdilli "Mvlana" portalı isə görüşün Cənubi Qafqazda regional sabitliyin möhkəmləndirilməsi və uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin tərkib hissəsi olduğunu qeyd edib. Ərəb mediası vurğulayır ki, Əbu-Dabidə baş tutan təmaslar Azərbaycan–Ermənistan dialoqunun davam etdirilməsinə və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinə xidmət edir.

Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 2026-cı il "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində iştirak ediblər. Mükafat bu il hər iki liderə təqdim olunub.

İspaniyanın "Aciprensa" xəbər portalı yazır ki, mükafatın təqdimolunma mərasimi Azərbaycanla Ermənistan arasında dialoqun davam etdirilməsinə və sülh səylərinin tanınmasına stimul verib.

İsveçrənin "Swissinfo" və Paraqvayın "ABC" saytı xəbər verir ki, tərəflər ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsini, enerji ixracı və Azərbaycan ərazisindən tranzit imkanlarının artırılmasını müsbət addım kimi qiymətləndiriblər. Liderlər, həmçinin TRIPP dəhlizi və digər nəqliyyat layihələrinin reallaşdırılmasının normallaşma prosesini dəstəklədiyini vurğulayıblar.

"Commonspace" isə görüşü ikitərəfli iqtisadi əməkdaşlıq və regional inteqrasiyanın gücləndirilməsi baxımından önəmli addım hesab edib. Həmin saytda dərc olunan xəbərdə vurğulanır ki, Əbu-Dabidə baş tutan təmaslar gələcəkdə sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin daha sistemli şəkildə qurulmasına və regionda uzunmüddətli əməkdaşlıq mədəniyyətinin inkişafına yönəlmiş perspektivlərin müəyyənləşdirilməsinə xidmət edir.

Rusiyanın bir sıra nəşrləri də Prezident İlham Əliyevin BƏƏ səfəri və Ermənistanın Baş naziri ilə keçirilən görüş barədə xəbərlər yayımlayıb. "Tass.ru", "Trtrussian.com", "kommersant.ru", "kp.ru", "ng.ru", "rbc.ru", "interfax.ru", "lenta.ru", "news.ru" xəbər portallarında dərc edilən xəbərlərdə ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən bəhs edilib. Xəbərlərdə, həmçinin tərəflərin ikitərəfli ticarəti və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağa davam etmək barədə razılığa gəldikləri vurğulanır.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Ermənistanın Baş naziri ilə keçirdiyi görüş Türkiyənin aparıcı media qurumları, o cümlədən "hurriyet.com.tr", "akittv.com.tr", "ensonhaber.com", "haberturk.com", "cnnturk.com" xəbər portallarında da geniş işıqlandırılıb. Xəbərlərdə Azərbaycanla Ermənistan arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi üçün səylərin, eləcə də normallaşma prosesinə dəstək olmaq üçün əlaqələrin davam etdiriləcəyi barədə razılığa gəlindiyi qeyd edilib. Yazılarda, həmçinin bildirilib ki, görüşdə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) və digər əlaqəli layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Özbəkistanın "zamin.uz" saytının dərc etdiyi xəbərdə də Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə iki ölkə arasında münasibətlərin yumşaldılması və sabitləşdirilməsi istiqamətində atılan son addımları müzakirə etdiyi vurğulanıb. Yazıda, həmçinin qeyd edilib: "Danışıqlar şou deyil, uzun bir marafondur. Amma əgər ticarət işləyirsə, tranzit gedirsə, insanlar gəlib-getməyə başlayırsa, deməli, yol doğrudur. İndi isə sadəcə sürəti itirməmək lazımdır".

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR