11-02-2026, 14:48 116

Britaniya təhsil brendi "Buckswood School" Azərbaycanda rəsmi fəaliyyətə başladı

Təməli 1933-cü ildə Böyük Britaniyada qoyulan "Buckswood School"un Bakı filialının bu gün açılışı olub. Qeyd edək ki, "Buckswood School Baku" Azərbaycanda birbaşa Böyük Britaniya tərəfindən təsis edilən və akkreditasiyadan keçmiş ilk beynəlxalq məktəbdir. Məktəbin açılışı Britaniyadakı əsas mərkəzin rəhbərliyi tərəfindən həyata keçirilib.

Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld, Gürcüstan və Yunanıstan səfirliklərinin nümayəndələri, həmçinin Buckswood School-un Böyük Britaniyadakı əsas kampusunun rəhbəri Kevin Samson, British Council və British Chamber of Commerce təşkilatlarının təmsilçiləri iştirak ediblər.Tədbirdə beynəlxalq diplomatik və təhsil qurumlarının iştirakı məktəbin qlobal əhəmiyyətini və nüfuzunu nümayiş etdirib.

Böyük Britaniyanın beynəlxalq səviyyədə tanınan təhsil brendi Buckswood School tərəfindən təsis edilən Buckswood School Baku Böyük Britaniyada formalaşmış akademik yanaşma və beynəlxalq təhsil standartları əsasında yaradılıb.

"Buckswood School Baku"-da təhsil Britaniya Milli Təhsil Sistemi (British Curriculum) üzrə qurulub və iPrimary, iLower Secondary, IGCSE və A-Level proqramlarını əhatə edir. Tədrisin keyfiyyətini təmin etmək məqsədilə siniflər maksimum 5 şagirdlik tərkibdə formalaşdırılıb ki, bu da hər bir şagirdə fərdi yanaşma və daha səmərəli akademik inkişaf imkanı yaradır. Məktəb şagirdlər üçün akademik biliklərlə yanaşı texnoloji bacarıqlar, yaradıcılıq və fiziki inkişafı birləşdirən balanslı təhsil modeli təqdim edir.

Məktəbin beynəlxalq proqramları çərçivəsində şagirdlər tədris dövrü ərzində İngiltərəyə səfər edərək Buckswood School UK-də mübadilə proqramında iştirak edirlər. Proqram zamanı şagirdlər Britaniya təhsil sisteminə uyğun imtahanlarda iştirak edir, tədris prosesinin praktiki tətbiqi ilə yaxından tanış olurlar. Onlar İngiltərədə dərslərə qatılaraq həm akademik, həm də mədəni təcrübə qazanırlar. Sözügedən səfərin yol və yaşayış xərcləri şagirdlərin illik təhsil ödənişinə daxildir.

"Buckswood School Baku" geniş və tam təhlükəsiz kampusa malikdir. Kampusda böyük futbol meydançası, daxili idman zalı, geniş kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş kompüter otaqları, elmi və praktik laboratoriyalar, rahat yeməkxana və şagirdlər üçün yataqxana fəaliyyət göstərir. Qeyd edək ki, "Buckswood School Baku" Bakıda Britaniya yatılı təhsil modeli əsasında fəaliyyət göstərən ilk və yeganə beynəlxalq məktəbdir.

Məktəbi bitirən şagirdlər Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən bir çox nüfuzlu universitetlərə, o cümlədən ingilis dili üzrə bakalavr proqramlarına əlavə qəbul imtahanları olmadan müraciət etmək imkanı əldə edirlər.

1933-cü ildən etibarən Böyük Britaniyada formalaşan Buckswood School bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təhsil şəbəkəsi kimi tanınır. Bakı filialının açılması ilə bu təhsil modeli ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur və ölkədə beynəlxalq standartlara əsaslanan Britaniya təhsilinin inkişafına yeni imkanlar yaradır.

Paylaş

Xəbər lenti

Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR