
“Özbəkistan “ASAN xidmət” ilə fəal əməkdaşlıq edir”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Bakıda keçirilən, “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forumda Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov deyib.
O bildirib ki, biz sıx əməkdaşlıq edirik, daim fikir mübadiləsi aparırıq: "Özbəkistanda fəaliyyət göstərən dövlət xidmətləri mərkəzləri gündəlik minlərlə insanı qəbul edir. Bu il biz göstərilən dövlət xidmətlərinin sayını artırmağa nail olmuşuq. Onların sayının 400-ə çatdırılması planlaşdırılır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.