16-02-2026, 15:48 180

Dərs və iş saatlarını dəyişmək Bakıda SIXLIĞI AZALDA bilər - EKSPERT

Dünyada böyük şəhərlərdə pik saat sıxlığının azaldılması üçün müxtəlif modellər tətbiq olunur. Bir çox ölkələrdə dərs və iş saatlarının fərqləndirilməsi, eləcə də qurumların mərkəzdən kənara köçürülməsi nəqliyyat yükünü azaltmaq üçün istifadə edilən əsas alətlərdəndir.

Məsələn, Finlandiya və İsveç kimi Skandinaviya ölkələrində məktəblərin başlama saatları regiondan asılı olaraq dəyişir və bir çox universitetlərdə çevik cədvəl tətbiq olunur. Dövlət və özəl sektorda isə "fleksibil iş saatları" geniş yayılıb - əməkdaşlar işə 07:00–10:00 aralığında başlaya bilirlər. Bu isə pik saat yükünü gün ərzində bölüşdürməyə imkan verir.

Almaniyada bəzi federal torpaqlarda məktəblər fərqli vaxtlarda dərsə başlayır, universitetlərdə isə dərs cədvəlləri blok sistemi ilə qurulur. Eyni zamanda iri şəhərlərdə dövlət qurumlarının bir hissəsi mərkəzdən kənar inzibati zonalara köçürülüb.

Asiyada isə Yaponiya və Cənubi Koreya kimi ölkələrdə pik saat problemi səbəbindən bəzi şirkətlər mərhələli işə başlama sistemi tətbiq edir. Xüsusilə Tokioda dövlət qurumlarına iş saatlarını fərqli aralıqlarda başlatmaq tövsiyə olunub. Məqsəd metro və avtobuslarda eyni saatda yaranan kəskin sıxlığın qarşısını almaqdır.

Bəzi ölkələrdə universitet dərsləri ənənəvi iş saatlarından daha gec başlayır. Məsələn, ABŞ-də bir çox ali məktəbdə dərslər 09:30–10:00 radələrində start götürür, bəzi kolleclərdə isə axşam dərsləri geniş yayılıb. Bu da tələbə axınının səhər pik saatına tam düşməsinin qarşısını qismən alır.

Azərbaycanda isə semestr tətili dövründə ictimai nəqliyyatda müşahidə olunan nisbi rahatlıq mövzunu yenidən gündəmə gətirib. Tələbələrin dərsdə olmadığı günlərdə metro və avtobuslarda sıxlığın azalması göstərir ki, dərs və iş saatları əsasən eyni zaman intervalına düşür.

Təhsil eksperti Rizvan Fikrətoğlu məsələ ilə bağlı AVESTA.AZ-ə bildirib ki, dərs saatlarının iş saatlarından fərqli təşkili daha məqsədəuyğun olardı:

"Əgər ali və orta ixtisas təhsili müəssisələrində dərslər bir qədər gec və ya mərhələli şəkildə başlasa, bu, səhər pik saatındakı sıxlığı əhəmiyyətli dərəcədə azalda bilər. Dünya təcrübəsində bunun effektiv nəticələr verdiyini görürük."

Ekspert hesab edir ki, problem təkcə dərs saatları ilə bağlı deyil. Onun sözlərinə görə, bəzi dövlət və özəl qurumların şəhərin mərkəzində cəmləşməsi də nəqliyyat yükünü artırır:

"Əgər iri qurumların bir hissəsi mərkəzdə sıxlıq olan ərazilərdən daha az yüklənmiş ətraf zonalara köçürülsə, şəhərdaxili axın balanslaşar."

R.Fikrətoğlu ictimai nəqliyyatla bağlı da təkliflər səsləndirib. O bildirib ki, paytaxtda avtobus zolaqları çəkilsə də, avtobusların sayının azlığı və intervalların uzun olması sərnişin sıxlığını artırır:

"Avtobus zolaqlarının olması müsbət addımdır. Amma xətt üzrə avtobus sayı kifayət qədər deyil, interval böyükdür. Ekspres marşrutların artırılması və pik saatlarda əlavə reyslərin təşkili sıxlığı xeyli azalda bilər."

Mütəxəssislərin fikrincə, dərs və iş saatlarının mərhələli təşkili, qurumların desentralizasiyası və ictimai nəqliyyatın gücləndirilməsi paralel şəkildə həyata keçirilərsə, paytaxtda pik saat problemi nəzərəçarpacaq dərəcədə azala bilər. Semestr tətilində müşahidə olunan nisbi rahatlıq isə göstərir ki, düzgün planlaşdırma ilə mövcud yükü balanslaşdırmaq mümkündür.

Şahanə Xankişiyeva

Paylaş

Xəbər lenti

Cəbrayılda avtomobil aşıb, sürücü ölüb Bu gün, 09:48 Brent neftinin qiyməti 110 dolları ötdü Bu gün, 09:48 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq Bu gün, 09:48 UEFA Konfrans Liqasında bu gün II turun oyunları keçiriləcək Bu gün, 09:48 Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub Bu gün, 08:48 Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər Bu gün, 08:48 Çempionlar Liqası: "Real" qələbə qazanıb, "Mançester Yunayted" məğlub oldu Bu gün, 08:48 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu Bu gün, 08:48 Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48 Leyla Əliyeva "Uşaqların rifahına investisiya" Ümumdünya Sammitindən paylaşım edib Dünən, 23:48 Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib Dünən, 23:48 ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb Dünən, 23:48 Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi Dünən, 23:48 Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Dünən, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Dünən, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Dünən, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Dünən, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Dünən, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Dünən, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Dünən, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Dünən, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Dünən, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Dünən, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Dünən, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Dünən, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Dünən, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Dünən, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Dünən, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Dünən, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Dünən, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Dünən, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Dünən, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Dünən, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Dünən, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Dünən, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Dünən, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Dünən, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Dünən, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Dünən, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Dünən, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Dünən, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Dünən, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Dünən, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR